Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-05-2026 , 23:12

56

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçuları üçün seminar-təlimlər təşkil olunub

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçuları üçün seminar-təlimlər təşkil olunub.

Videokonfrans formatında keçirilən təlim “Torpaq qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınmasında bələdiyyələrin rolu” və “Bələdiyyə torpaqları üzərində icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə riayət olunması” mövzularını əhatə edib.

80 nəfərin iştirak etdiyi təlimlərdə torpaq qanunvericiliyinin tələbləri, torpaq sahələrinin ayrılması və mühafizəsi qaydaları, bu sahədə bələdiyyələrin vəzifələri barədə məlumat verilib. Torpaq sahələrinin mühafizəsinə diqqətin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Daha sonra torpaq sahələri üzərində icarə hüquqlarının əmələ gəlmə əsasları, onların alqı-satqısı, icarə və subicarə müqavilələri ilə bağlı tələblərdən bəhs edilib. Həmçinin bələdiyyələr tərəfindən torpaq sahələrinin icarəyə verilməsinin xüsusiyyətləri qeyd edilib.

Sonda mövzular üzrə iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
540

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
947

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
837

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
779