Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-07-2026 , 22:39

86

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan nümayəndə heyəti Monitorinq Komitəsinin Osloda keçirilən iclasında iştirak edib

 Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin üzvü, Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov Norveçin paytaxtı Osloda keçirilən Monitorinq Komitəsinin iclasında iştirak edib. Səfərdə Azərbaycan nümayəndə heyətinin digər üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov da iştirak ediblər.

İclas Avropa Şurası Konqresinin prezidenti Qun Marit Helgesen, Oslo bələdiyyəsinin sədri Anne Lindbö, Monitorinq Komitəsinin prezidenti Kristoffer Tamsons və Konqresin baş katibi Mathieu Morinin iştirakı ilə keçirilib. Səsvermənin nəticələrinə əsasən Çexiyanı təmsil edən Yana Fişşerova Monitorinq Komitəsinin 5-ci vitse-prezidenti seçilib.

Baş katib Mathieu Mori çıxışında Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycana səfəri zamanı Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasında (ABMA) Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşü xüsusi vurğulayaraq, bu görüşün Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

İclasda Avropa Yerli Özünüidarəetmə Xartiyasının Albaniya və İsveçrə üzrə tətbiqinin monitorinqi, Kosova, Bosniya və Herseqovina, Niderland, Serbiya, Birləşmiş Krallıq və Sloveniyada keçirilmiş yerli və regional seçkilərin müşahidəsinin nəticələri, həmçinin Rumıniya, Moldova, Macarıstan, Türkiyə və Ukraynada yerli demokratiyanın vəziyyəti ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qətnamə və tövsiyələr qəbul edilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Yerli və regional səviyyələrdə demokratik hazırlıq” mövzusunda seminarda da iştirak edib.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
585

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
459

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
642

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
679