Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-07-2026 , 09:53

143

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gədəbəy rayonunda formaşalan 10 bələdiyyədən, Gədəbəy və Slavyanka bələdiyyələri istisna olmaqla, 8 bələdiyyənin DSMF-yə 527.600 manat borcu var. Əlavə edim ki, uzun illərdir Gədəbəy və Slavyanka bələdiyyələrinin qurulan sistemli fəaliyyəti sayəsində hər hansı quruma borcu yoxdur.

Bəs bu gün Gədəbəy bələdiyyələri bu qədər yığılmış borcun neçə ilə ödəyə biləcəklər. Bilən varmı? Nəzərə alaq ki, ötən il 10 bələdiyyənin əldə etdiyi vəsaitin həcmi 327.800 manat olub. Və 2024-cü illə müqayisədə cəmi 13.4 faiz büdcə gəlirlərini artıra biliblər. Onu əlavə edək ki, əldə edilən vəsaitin 76 min manatı dotasiyadan daxil olub. Dotasiyanın həcmi 20 faiz artsa da, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən və icarəsindən daxil olan vəsaitin həcmi bir o qədərdə azalıb.

Bu arada sual etmək istərdim- əvvəlki illərdə yığılıb qalmış DSMF borcunun azalması üçün son seçkilərdən sonra formalaşan bələdiyyələrin sədrləri hansı addımı atıblar, hara müraciət göndəriblər? Niyə hansısa təkliflə çıxış etməyiblər. Niyə problemi ictimailəşdirməyiblər.

Məhz bu susqunluğun nəticəsidir ki, borcun həcmi yarım milyon manatı keçib. 

DSMF borcu olan bələdiyyələrin sədrləri, Gədəbəy RİH rəsmiləri və digər qurumlar bu barədə nə düşünür, maraqlıdır.

Eyni vəziyyət Yardımlı bələdiyyələrindədir.

Bu borcun bağlanılması üçün bələdiyyələr üçün "strateji yol xəritəsi"nin hazırlanmasının vaxtı çatmayıbmı? Bu borcdur, cənablar. Və bütün hallarda bağlanılmalıdır. Çünki gələcəkdə vətəndaşa təqaüd şəklində veriləcək vəsaitdir.  Bəlkə bir yol axtaraq. Bəlkə bir azda olsa fikirləşək. Günü-gündən artan borcun, üstəlik faizlərin qarşısı nə vaxt alınacaqdır.  Biabırçılıqdı. Sadəcə.

Hərəkətə keçməyin vaxtı çatmayıbmı?

Düşünməyə dəyər….

Beeldiyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
142

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
602

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
461

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
652

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
683