Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-08-2026 , 08:38

606

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
Niyə vətəndaşın müraciətini dinləyib, onun həlli ilə bağlı "əldən-ayaqdan" gedirik, amma...


Hər bir bələdiyyəyə hər gün kifayət qədər vətəndaş bu və ya digər məsələlərlə bağlı müraciət edir. Bu müraciətlərin əksəriyyəti əmlakın sənədləşdirilməsi və ya bələdiyyədən həyətyanı torpaq sahəsinin alınması, habelə vergilərin hesablanması ilə bağlı olur. Mənə maraqlı gələn məqam ondadır ki, niyə vətəndaşın müraciətini dinləyib, onun həlli ilə bağlı "əldən-ayaqdan" gedirik, amma keçirdiyimiz görüşləri paylaşmırıq? Əlimizdə hesabat olduğu halda, həftəlik və aylıq qəbullarla bağlı məlumatları ictimailəşdirmirik.
Nəzərə alaq ki, RİH başçılarından fərqli olaraq, bu görüşlər və ya vətəndaş qəbulları bir çox hallarda hazırlıqsız keçirilir.
Mənə şəxsən maraqlıdır ki, niyə hazır informasiyanı paylaşmırıq, bizə nə mane olur, kimlər icazə vermir?
Niyə Səbail, Yasamal, Nərimanov, Şabran, Ağcabədi, Maştağa bələdiyyələri bu görüşləri paylaşır və mütəmadi olaraq keçirir, amma digərləri paylaşmağa tələsmir, ümumiyyətlə maraqlı görünmür. Onu da etiraf edim, vətəndaş qəbulu keçirməyən, ümumiyyətlə bu prosesə "barmaqarası" baxan sədrlərimiz də var. Ancaq gəlin fəaliyyətimiz varsa onu paylaşaq, ictimailəşdirək. Bu həmdə şəffaflığın təmin edilməsi deməkdir. Nə isə...
Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
872

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
821

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
1104

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
766

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
980