Tahir Hüseynli: “Naxçıvan bələdiyyəsi tərəfindən sakinləri narahat edən məsələ öz həllini tapmışdır”
“Naxçıvan bələdiyyəsi olaraq daim vətəndaş müraciətlərini diqqətdə saxlayır və hər bir müraciətin həlli ilə bağlı ciddi addımlar atırıq” – bu fikirləri Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli deyib.
Bununla bağlı həyata keçirilən layihəyə toxunan sədr qeyd edib ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi 75 və 77 nömrəli binalarda yaşayan məhəllə sakinləri Naxçıvan bələdiyyəsinə ərizə ilə müraciət edərək, həmin binaların arasında yerləşən və giriş yolu kimi istifadə olunan həyətyanı sahədə asfalt örtüyünün yararsız vəziyyətə düşdüyünü və avtomobillərin hərəkəti üçün qəza şəraitinin yarandığını bildirərək, yeni asfalt örtüyünün salınmasını xahiş etmişlər.
Sakinlərin qaldırdığı məsələ bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı qərar qəbul edilmişdir.
Sakinlərin müraciətinin təmin edilməsi, ərazidə abadlıq işlərinin aparılması və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Naxçıvan bələdiyyəsi tərəfindən ərazidə sakinləri narahat edən məsələ öz həllini tapmışdır.
Sakinlər
bələdiyyənin həyata keçirdiyi layihənin icrasını razılıqla qarşılamışlar.
Belediyye.info
Rəylər
0 Rəy