Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-03-2026 , 11:03

1126

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Bu gün xanımlarımız  Azərbaycanın inkişafı naminə öz dəyərli töhfələrini verməkdədirlər”

“Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır. Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə  həmişə böyük hörmətlə yanaşırdı”- bu fikirləri Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.

Bələdiyyə sədri qeyd edib ki, bu gün Azərbaycan qadını ən xoş sözlərə layiqdir. Müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verməkdədir.

Pirəbədil bələdiyyəsinin üzv və qulluqçuları 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində  bələdiyyə ərazisində təhsil, mədəniyyət  və səhiyyə sahəsində çalışan xanımları, xüsusən də şəhid və qazi analarını, habelə ictimai fəal xanımların hər birini  mənzillərində və çalışdıqları məkanda ziyarət edərək  təbrik edib, onlara cansağlığı arzulayıb və  hədiyyələr paylayıblar.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər