Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-03-2026 , 16:14

205

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Royal Cəfərov: “Üzləşdiyimiz çətinliklərə baxmayaraq vətəndaşların qaldırdığı problemlərin həlli ilə bağlı çətin də olsa müəyyən addımlar atırıq”

“Hazırda bələdiyyənin əsas vəzifəsi əvvəlki illərdən ödənilməmiş DSMF borcunun bağlanılmasına çalışmaqdır”- bu fikirləri Yevlax rayonu, Xaldan bələdiyyəsinin sədri Royal Cəfərov deyib.

Sədr qeyd edib ki, ötən ilin fevral ayından bələdiyyə sədri seçilərkən bələdiyyənin  45.691 manat  DSMF-yə borcu var idi. Ötən il ərzində kollektivin və vergi xidmətinin birgə səyi ilə bu vəsaitin 14.321 manatı silindi. Hazırda bələdiyyənin 31 min manatdan artıq DSMF-yə borcu qalmaqdadır.

Sədr bildirib ki, üzləşdiyimiz çətinliklərə baxmayaraq vətəndaşların qaldırdığı problemlərin həlli ilə bağlı çətin də olsa müəyyən addımlar ata bilirik. Son bir il ərzində əhalinin həssas qruplarına, şəhid, qazi və aztəminatlı ailələrə  bələdiyyə iclasının qərarı ilə 2.800 manatlıq sosial yardım proqramının verilməsi təmin edilmişdir.

Vətəndaş məmnunluğunun təmin edilməsi üçün büdcə gəlirlərini artırmalıyıq. Bunun üçün müəyyən resurslardan istifadə etsək də üzləşdiyimiz problemlərin köklü şəkildə öz həllni tapmır. Xüsusəndə vergi və rüsumlarının dərəcələrinin artırılması, bələdiyyənin əmlakla bağlı problemləri, qiymətləndirmə ilə bağlı məqamlar bütün hallarda bələdiyyə mülkiyyətinin tanıdılmasına ciddi problem yaratmaqdadır. Hazırda ərazidəki əmlakın 80 faizdən artıq hissəsinin çıxarışı olmadığından vergiyə cəlb etmək mümkün olmur. Topraq vergisinin, habelə icraə haqqlarının aşağı səviyyədə olması nəticə etibari ilə büdcə gəlirinin  aşağı səviyyədə olmasına və bələdiyyənin öz borclarının bağlanılmasına, həmçinin bələdiyyədə əməkhaqqı səviyyəsinin aşağı olmasına şərait yaratmış olur.

Əlavə edək ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi  haqqında" Qanununa əsasən Aşağı Salamabad, Ərəş, Xaldan və Qaraoğlan bələdiyyələrinin əhatə etdiyi Meyvəli qəsəbəsi və Aşağı Salamabad, Əcəmi, Ərəş, Xaldan, Quşçu, Yuxarı Salamabad, Qaraoğlan kəndləri də daxil olmaqla  Xaldan bələdiyyəsi formalaşdırılıb.

İlk dəfə bələdiyyə üzvü seçilən Röyal Cəfərov  18 fevral 2025-ci il tarixdə keçirilən bələdiyyənin ilk iclasında bələdiyyə sədri olaraq seçilib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər