Qum bələdiyyəsi hesabat yığıncağı keçirib
Bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi fəaliyyət göstərərək ərazi icmasının sosial-iqtisadi inkişafı, yerli problemlərin həlli, vətəndaş müraciətlərinin təmin olunması istiqamətində mühüm səlahiyyətlər həyata keçirir. Bu fəaliyyətin şəffaf, ictimai nəzarətə açıq olması üçün mütəmadi olaraq hesabat yığıncaqları keçirilir.
Qax rayonunun
Qum bələdiyyəsinin əhatə etdiyi Ləkit və
Güllük kəndlərində 2025-ci ilin
yekunlarına dair hesabat yığıncaqları keçirilib.
Hesabat yığıncağında bələdiyyə büdcəsi daxilində sakinlərə
sosial, iqtisadi və humanitar yardımların göstərilməsi, bələdiyyə torpaqlarının
mülkiyyətə və ya icarəyə verilməsi prosesində güzəştlərin tətbiqi və sənədləşmə
işlərində köməklik göstərilməsi, aztəminatlı ailələrə mərhumlarının dəfn və yas
mərasimlərinin təşkili üçün zəruri xərclərin verilməsi, ərazinin abadlaşdırılması və məişət
tullantılarından təmizlənməsi, daxil olmuş vətəndaş müraciətləri və onların həlli
ilə bağlı görülmüş işlər barədə əhaliyə məlumat verilmişdir.
Həmçinin hesabat yığıncağında büdcə və maliyyə vəsaitinin xərclənməsi,
şəffaflığın təmin olunması, qarşıda duran vəzifələrin və prioritetlərin müəyyənləşdirilməsi,
vətəndaşların irad və təkliflərinin dinlənilməsi, ictimai iştirakçılığın təmin
olunması kimi məsələlər müzakirə olunmuşdur.
Sonda hesabat yığıncaqlarının keçirilməsinin demokratik idarəetmənin mühüm elementi olduğu diqqətə çatdırılmışdır.
Qax rayonu, Qum bələdiyyəsi
Rəylər
0 Rəy