Vəndam qəsəbəsində iməcilik keçirilib
13 mart 2026-cı il tarixində Vəndam Bələdiyyəsinin üzvləri və qulluqçuları tərəfindən Vəndam qəsəbəsinin Rüsyan yaşayış massivində, “7 Gözəl” Şəlaləsinə gedən və uzunluğu 3 km-dən çox olan yol boyunca iməcilik təşkil olunub.
Keçirilən iməcilik zamanı yol kənarlarına atılmış məişət tullantıları toplanaraq ərazi təmizlənib, ətraf mühitin qorunması və qəsəbənin daha səliqəli saxlanılması istiqamətində tədbirlər görülüb.
Vəndam Bələdiyyəsi qəsəbə sakinlərini və qonaqları ətraf mühitə daha həssas yanaşmağa, təbiəti qorumağa və qəsəbəmizin təmiz saxlanılmasına töhfə verməyə dəvət edir
Qəbələ rayonu, Vəndam bələdiyyəsi
Rəylər
0 Rəy