Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-04-2026 , 11:07

108

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyənin iştirakı ilə kənddə abadlıq işləri həyata keçirilmişdir

“Quba rayonunun Qələdüz kəndində kənd sakinlərinin birgə dəstəyi, xüsusilə Küpçal-Dağlı bələdiyyəsinin və Atakişiyev Məhəmməd Nüsrət oğlunun təşəbbüsü ilə kənddə abadlıq işləri həyata keçirilmişdir. Görülən işlər çərçivəsində müəyyən ərazilərə çınqıl tökülmüş, daha sonra isə traktor vasitəsilə həmin sahələr hamarlanaraq istifadəyə yararlı hala gətirilmişdir”- bu barədə məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.

Sədr qeyd edib ki, əvvəllər hərəkət üçün çətinlik yaradan bu yollar artıq xeyli yaxşılaşdırılmış, nəqliyyatın hərəkəti daha rahat və təhlükəsiz olmuşdur. Bu işlər kəndin ümumi abadlığına müsbət təsir göstərmişdir.

Küpçal-Dağlı bələdiyyəsi göstərilən dəstəyə görə bütün kənd sakinlərinə təşəkkür edir və onları gələcəkdə də belə təşəbbüslərdə daha fəal olmağa dəvət edir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər