Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2026 , 09:08

106

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Həqiqətin gözünə dik baxmağı bacaran insan

DOĞUM GÜNÜN MÜBARƏK!!!

Bu  gün  tələbəlik illərindən tanıdığım bir insan üçün özəl  gündür. Keçmiş sovet dövründə qeyri-iş günü olsa da, hazırda ad gününü ölkəmizin ən böyük rayonlarından birində siyasi rəhbər olaraq iş başında qeyd edir. Deyim ki, haqqında fikirlərimi ilk dəfədir ki qələmə alıram.

Hələ tələbə vaxtı bütün “potok” dərslərində intizami, savadı və bacarığı ilə daim seçilərdi.  Onu fərqləndirən digər bir cəhət isə həqiqətin gözünə dik baxmağı bacarması idi. Çox az insanlardandır ki, həyatda büdrəsə də, sınmamış, əksinə dimdik dayanaraq ədalətin zəfər çalacağı günü səbr və təmkinlə gözləmişdir. Ədalətin zəfər günü isə çox keçmədən baş vermiş, nəticədə daha yüksək vəzifəyə təyinat almış və hətta  təhlükəsizlik xidməti general-mayoru Ali hərbi rütbəsinə layiq görülmüşdur. Söhbət Araz Süleyman oğlu Əhmədovdan gedir.

1991-ci ildən etibarən Azərbaycan təhlükəsizlik orqanlarında çalışaraq, sıravı əməkdaşdan Dövlət Təhlükəsizliyi Xidməti Baş idarəsinin rəisi vəzifəsinədək yüksəlmişdir. Ancaq bu xidmət heç də ona asan başa gəlməmiş, daim Vətəninə, Dövlətinə sədaqətlə xidmət etməyi özünün həyat kerdosu kimi qəbul etmiş və bu  fəaliyyətin  nəticəsində ölkəmizin ən ali təltiflərindən olan  “Azərbaycan bayrağı” ordeni  ilə uzaq  2002-ci ilin 27 mart tarixində Ulu öndərin imzası ilə təltif edilmişdir.

Sonrakı fəaliyyəti dövründə “Hərbi  xidmətlərə görə” medalı təltiflər sirasına əlavə edilmişdir.

Ən nəhayət Azərbaycan Prezidentinin sərəncamı ilə  2019-cu ildə ona general-mayor Ali hərbi rütbəsi verilmiş, 2020-ci ildə ""Vətən uğrunda" medalı ilə, daha  sonra isə  25 iyul 2022-ci ildən etibarən Masallı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Bu 63 illik həyatın qısa xronologiyasıdır. Və bu xronologiyaya aid hər bir şərəfli gün heç də hər kəsə qismət olmur. Bu şərəfli günləri yaşamaq üçün həyatda hər bir çətinliyə sinə gərməli, ayıq-sayıq olmalı, savad, bacarıq və sədaqətlə Vətəninə və dövlətinə  xidmət etməlisən.

Bəli, Araz Əhmədov bu gün bu xidmətini uğurla davam etdirir. Dörd ilə yaxın bir müddətdə əhalisi və ərazisinə görə ən böyük, coğrafi relyefinə görə çətin rayonlardan birinə rəhbərlik etməklə vətəndaş məmnunluğunu təmin etməyi, hər gün rayon sakinlərinin arasında olmağı, onların problemlərini dinləməyi, uğurlu layihələrə imza atmağı, üstəlik rayon bələdiyyələrinin çəki və nüfuzunun artması üçün bütün qüvvəsini səfərbər etməyi bacarıb. Bu məqamlar əslində hər bir siyasi rəhbərə arzu olunan cəhətlərdir. Onu da etiraf edək ki, az müddət ərzində rayon bələdiyyələrinin təcrübəsi yayıla biləcək bir səviyyəyə çatmasında rayonun siyasi rəhbərinin danılmaz rolu vardır.

Beləliklə, dəyərli tələbə yoldaşıma belə əziz bir gündə sağlıqlı illərlə bundan sonra da Vətəninə, dövlətinə sədaqətlə xidmətini davam etməyi arzu edirəm. İnanıram ki, məhz Araz Əhmədovun fəaliyyəti dövründə rayon bələdiyyələri daha böyük uğurlara imza atmaqla rayonda vətəndaş məmnunlıuğunun təmin edilməsinə öz töhfələrini verə biləcəklər.

Bir daha təbrik edirəm, əziz dost!!!  

Vüqar Tofiqli

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
556