Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-07-2026 , 10:25

246

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva:  “Büdcə gəlirlərinin artırılması istiqamətində müsbət dinamika müşahidə olunmuşdur”


 “2026-cı ilin birinci yarısında Şabran bələdiyyəsində yerli büdcə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerli vergi və ödənişlərin vaxtında toplanması, vergi ödəyiciləri ilə maarifləndirici görüşlərin keçirilməsi, vergi-uçot isisteminin təkmilləşdirilməsi və maliyyə intizamının gücləndirilməsi nəticəsində büdcə gəlirlərinin formalaşdırılması təmin edilmişdir”- bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva deyib.

Sədr qeyd edib ki, büdcə vəsaitlərinin istifadəsində qənaətlilik, şəffaflıq və qanunvericiliyin tələblərinə əməl olunması əsas prinsiplər kimi qorunmuşdur.

Bələdiyyə büdcəsinin gəlirləri əsasən yerli vergi və ödənişlər, bələdiyyə mülkiyyətində olan torpaq sahələri və digər qanunvericiliklə müəyyən edilmiş gəlir mənbələri hesabına formalaşmışdır. Əldə olunan vəsaitlər bələdiyyənin inzibati fəaliyyətinin təmin edilməsinə, abadlıq və quruculuq işlərinə, yaşıllıqların qorunmasına, sosial tədbirlərin həyata keçirilməsinə, əhalinin müraciətlərinin həllinə və yerli əhəmiyyətli layihələrin icrasına yönəldilmişdir.

Son üç ilin göstəricilərinin təhlili onu deməyə əsas verir ki, büdcə gəlirlərinin artırılması istiqamətində müsbət dinamika müşahidə olunmuşdur. Yerli gəlirlərin artırılması üçün görülən tədbirlər, vergi intizamının möhkəmləndirilməsi, uçot sisteminin təkmilləşdirilməsi və vətəndaşlarla əməkdaşlığın gücləndirilməsi nəticəsində büdcənin gəlir bazasının genişləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə edilmişdir. Bu da öz növbəsində bələdiyyənin yerli əhəmiyyətli layihələri daha geniş şəkildə həyata keçirməsinə imkan yaratmışdır.

Sədr Şabran bələdiyyəsinin əsas məqsədi yerli büdcə gəlirlərinin davamlı artırılması, vergi və ödənişlərin yığım səviyyəsinin yüksəldilməsi, bələdiyyə əmlakından səmərəli istifadə olunması və maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsidir.

Bununla yanaşı, şəhərin abadlaşdırılması, küçə və məhəllələrin təmiz saxlanılması, yaşıllıq zolaqlarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının davam etdirilməsi, gənclər, təhsil müəssisələri və ictimaiyyətlə əməkdaşlığın genişləndirilməsi əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.

Fidan Fərzəliyeva bildirib ki, hesabat dövründə büdcə vəsaiti hesabına və bələdiyyənin təşkilatçılığı ilə bir sıra yerli əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilmişdir.

 Bu sıraya küçə və məhəllələrdə abadlıq və təmizlik işləri, yaşıllıqlara qulluq göstərilməsi, ağacəkmə aksiyalarının təşkili, ətraf mühitin mühafizəsinə yönəlmiş maarifləndirici tədbirlər, dövlət və əlamətdar günlərlə bağlı ictimai tədbirlərin keçirilməsi, şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının mütəmadi ziyarət olunması, həssas sosial qruplara dəstəyin göstərilməsi, təhsil müəssisələri ilə birgə maarifləndirici görüşlərin təşkili və vətəndaş müraciətlərinin operativ həlli istiqamətində görülmüş işləri aid etmək olar.

Eyni zamanda, bələdiyyə tərəfindən müxtəlif dövlət qurumları və ictimai təşkilatlarla əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirilmiş, şəhərin sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslər dəstəklənmişdir.

Şabran bələdiyyəsi bundan sonra da yerli özünüidarəetmə prinsiplərinə uyğun olaraq əhalinin rifahının yüksəldilməsi, büdcə gəlirlərinin artırılması, maliyyə şəffaflığının təmin edilməsi və şəhərin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
777