Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2026 , 20:47

129

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rauf Məhərrəmov: “Büdcə gəlirləri artdıqca sakinlərin də müraciətlərini vaxtında həllinə nail ola bilirik”

“Yerli vergilərin yığımında ciddi irəliləyişə nail olsaqda, xəritələrin bugünədək verilməməsi, üstəlik bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindəki müəyyən problemlərin olması fəaliyyətimizə maneə yaradır”- bu fikirləri Ağdam rayonu, Quzanlı bələdiyyəsinin sədri Rauf Məhərrəmov deyib.

Sədr qeyd edib ki, otən il bələdiyyənin vergi-uçot sisteminin yenidən qurulması başa çatdırılmış, məlumat sistemindəki boşluqlar aradan qaldırılmış, növbəti il üçün vergi ödəyicilərinin əlaqə məlumatlarında dəqiqləşdirmə aparılmışdır.

Sədr bildirib ki, ötən il büdcə gəlirlərini 15 dəfəyədək artırsaqda ümumi əldə olunan vəsaitin həcmi 600 manata çatmayıb. Ancaq bələdiyyə ruhdan düşmür və bələdiyyə ərazisində əldə etdiyi maliyyə vəsaiti ilə bir sıra layihələr icra etməkdədir. Bu günlərdə sakinlərin müraciəti əsasında İmamqulubəyli kəndinin bəzi məhəllədaxili küçələrinə çınqıl tökülərək  yayılmış, kəndin qəbirstanlığında təmizlik işləri aparılmış, həmçinin qəbirstanlığın ara yollarına çınqıl tökülərək yayılmışdır.

Bələdiyyə olaraq bu gün əsas məqsədimiz büdcə gəlirlərini artırmaqdır. Büdcə gəlirləri artdıqca sakinlərin də müraciətlərini vaxtında reaksiya verməklə həllinə nail ola bilirik.

Belediyye.info



 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər