Elvin Yusubov: “Yerli vergilərin yığımında ay ərzində 66 faizlik artım müşahidə olunub”
“Ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprel ayında büdcə gəlirlərində 55 faizlik artım müşahidə olunub. Bu isə bütovlükdə 4.486 manat deməkdir”- bu fikirləri Belediyye.infoya Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusubov deyib.
Sədr qeyd
edib ki, 2025-ci ilin aprelində vergi ödəyicilərin
ödədiyi vergi və rüsumun həcmi 8.115
manat olmuşdursa, cari ilə vergi ödəyicilərinin ödədiyi vergi və rüsumun həcmi 12.601
manata bərabər olub.
Büdcə gəlirlərinin
istiqamətinə toxunan sədr qeyd edib ki, ötən ilin aprelində əldə edilən vəsaitin
1.515 manatı torpaq vergisindən, 723 manatı əmlak vergisindən, bələdiyyə
mülkiyyətinin icarəsindən 1.659 manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən
3.240 manatı, ot satışından isə 976
manat daxil olub.
Cari ilin aprelində isə əldə edilən vəsaitin 2.498 manatı torpaq
vergisindən, 1.225 manatı əmlak vergisindən, bələdiyyə mülkiyyətinin icarəsindən
841 manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən 7.061 manatı, ot satışından isə 976 manat daxil
olub.
Göründüyü
kimi, yerli vergilərin yığımında ay ərzində 66 faizlik artım müşahidə olunub.
Hazırda bələdiyyənin vergi xidmətinin əməkdaşları demək olar ki, bütün istiqamətlərdə ciddi irəliləyişə nail ola bilib.
Əldə etdiyimiz
maliyyə vəsaiti sonda seçicilərin qaldırdığı problemlərin həllinə yönəldilir.
Belə ki, kəndarası yollarda cari təmir işlərinə 4.000 manat, məhəllədaxili yollardakı su keçidləri üçün boruların alınmasına 700 manat, əhalinin həssas
qrupuna olan ailələrə maddi yardım kimi 650 manat, habelə mərkəzi yolun kənarındakı
ağaclara aqrotexniki qulluğun göstərilməsinə və yenilərinin alınmasına 995 manat
xərclənib.
Belediyye.info
Rəylər
0 Rəy