Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-05-2026 , 23:12

71

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu rayon bələdiyyələrində ən çox artım əmlak və torpaq vergisində olub


Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Şəmkir rayonunda formalaşan 17  bələdiyyənin büdcə gəliri 1.256.900 manat olub. Bu 2024-ci llə müqayisədə 20.6 faiz artıq deməkdir. 2024-ci ildə  isə 42 bələdiyyənin 1.041.800 manat büdcə gəliri olub.

Əldə edilən gəlirin 30.2 faizi vergilərdən, 69.8 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 11.5 faizi torpaq, 18.7 faizi əmlak vergisindən daxil olub.

Il ərzində 144.600 manatlıq torpaq vergisi, 234.900 manatlıq əmlak vergisi əldə edilib. Ümumiyyətlə, ötən il Şəmkir bələdiyyələrində ən çox artım torpaq vergisində 48.5 faiz və əmlak vergisində 43.7 faiz olub.  

Şəmkir bələdiyyələrinin büdcə gəlirinin 53.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən Şəmkir bələdiyyələrinə  ötən il 6362.100 manat vəsait daxil olub.Bu da ötən illə müqayisədə cəmi 1.6 faiz çox deməkdir.

İl ərzində Şəmkir bələdiyyələrinə 167 min manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən  bələdiyyə büdcəsinə 1000 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 26.800 manat, avtodayanacaqlardan 100 manat  maliyyə vəsait daxil olub.

Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisindən, habelə daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə  hər hansı maliyyə vəsaiti daxil olmayıb. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz