Elvin Yusubov: “Vətəndaşlarımız vergilərini vaxtında ödəsələr ərazidə yeni layihələr icra edə biləcəyik”
Zaqatala rayonu, Muxax bələdiyyəsi yeni layihəyə start verib. Muxax bələdiyyəsinin sədri Elvin Yusubovun Belediyye.infoya verdiyi məlumata görə Zəyəm kəndində vətəndaşların müraciətlərinə bələdiyyə tərəfindən daim yüksək diqqət və qayğı ilə yanaşılıb.
Qeyd olunan yol ilə hətta piyadalar da gedə
bilmirdilər. Vətəndaşların müraicətlərini nəzərə alaraq yolun təmirinə
başlanmışdır. Yol qrederlə
hamarlandıqdan sonra çınqıl tökülərək bərkidilmiş
və nəticədə yol həm avtomaşınlar, həm də
piyadaların gediş-gəlişi üçün normal vəziyyətə
gətirilmişdir.
Sədr qeyd edib ki, bundan başqa digər yollarda da təmir işlərinin aparılması nəzərdə tutulub. Vətəndaşlarımız vergilərin vaxtında ödəsələr bələdiyyə ərazisində yeni layihələr icra edə biləcəyik.
Belediyye.info
Rəylər
0 Rəy