Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-05-2026 , 17:50

126

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elvin Yusubov: “Vətəndaşlarımız vergilərini vaxtında ödəsələr ərazidə yeni layihələr  icra edə biləcəyik”

Zaqatala rayonu, Muxax bələdiyyəsi  yeni layihəyə start verib. Muxax bələdiyyəsinin  sədri Elvin Yusubovun  Belediyye.infoya verdiyi məlumata görə Zəyəm kəndində  vətəndaşların müraciətlərinə bələdiyyə tərəfindən daim yüksək  diqqət və qayğı ilə yanaşılıb.

Qeyd  olunan yol ilə hətta piyadalar da gedə bilmirdilər. Vətəndaşların müraicətlərini nəzərə alaraq yolun təmirinə başlanmışdır. Yol  qrederlə hamarlandıqdan sonra  çınqıl tökülərək bərkidilmiş və nəticədə yol həm  avtomaşınlar, həm də piyadaların gediş-gəlişi  üçün normal vəziyyətə gətirilmişdir.

Sədr qeyd edib ki, bundan başqa digər yollarda da təmir işlərinin aparılması nəzərdə tutulub. Vətəndaşlarımız vergilərin vaxtında ödəsələr bələdiyyə ərazisində yeni layihələr  icra edə biləcəyik.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər