Elnur Beybalayev: “Məqsədimiz seçicilərimizə xidmət etməkdir”
“Ağalıq bələdiyyəsi hər zaman seçicilərin qaldırdığı məsələlərin həllinə var qüvvəsi ilə çalışır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elnur Beybalayev deyib.
Sədr
qeyd edib ki, bələdiyyənin maliyyə imkanları çərçivəsində hər bir müraciət diqqətlə
öyrənilir və bələdiyyə iclasında müzakirədən sonra icrası barədə qərar qəbul
edilir.
Bu
günlərdə bələdiyyənin inzibati ərazisinə aid Söhbətli kəndinin məhəllədaxili
yollarına sakinlərin müraciətlərinə əsasən çınqıl tökülərək yayılmışdır.
Bununla yanaşı Ağalıq və Təzəkənd ərazisində bəzi əraziləri məişət
tullantılarından təmizlənib.
Bələdiyyə
üzv və qulluqçularından ibarət yaradılmış işçi qrupu sakinlərlə maarifləndirici söhbət apararaq həm vergilərin
ödənilməsinə, həm də bərk məişət
tullantılarının yeri gəldi-dəlmədi atmaqla digər sakinlərə problemin
yaradılmasının yolverilməz olduğu izah edilmişdir.
Bələdiyyənin
maliyyə imkanları çərçivəsində bələdiyyənin inzibati ərazisində ilin sonunadək
bir ısra layihələrin icrası nəzərdə tutulub.
Sədr qeyd edib ki, məqsədimiz seçicilərimizə xidmət etməkdir.
Belediyye.info
Rəylər
0 Rəy