Bərdə bələdiyyəsi 32 aztəminatlı ailəyə “Qurban payı” verilib
Bərdə bələdiyyəsi Qurban bayramı münasibətilə sakinləri təbrik edib, 32 aztəminatlı ailəyə qurban payı verilib.
Müqəddəs Qurban bayramı münasibətilə Bərdə bələdiyyəsi tərəfindən
rayon sakinləri təbrik olunub, sosial qayğıya ehtiyacı olan ailələrə bayram
sovqatları təqdim edilib.
Bərdə bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilən
xeyriyyə aksiyası çərçivəsində 32 aztəminatlı ailəyə qurban payları çatdırılıb.
Bayram günlərində ailələr ziyarət olunaraq onlarla səmimi görüşlər keçirilib,
sakinlərin qayğı və problemləri dinlənilib.
Görüşlər zamanı bildirilib ki, aztəminatlı ailələrə diqqət və
qayğının göstərilməsi, sosial dəstək tədbirlərinin həyata keçirilməsi daim əsas
prioritet istiqamətlərdən biridir. Qurban bayramının mənəvi dəyərlərinə uyğun
olaraq təşkil edilən aksiya ailələr tərəfindən minnətdarlıq hissi ilə
qarşılanıb.
Qeyd olunub ki, Bərdə bələdiyyəsi tərəfindən gələcəkdə də sosial yönümlü layihə və xeyriyyə aksiyalarının davam etdirilməsi nəzərdə tutulur.
Rəylər
0 Rəy