Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-05-2026 , 23:06

110

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bərdə bələdiyyəsi 32 aztəminatlı ailəyə “Qurban payı” verilib


Bərdə bələdiyyəsi Qurban bayramı münasibətilə sakinləri təbrik edib, 32 aztəminatlı ailəyə qurban payı verilib.

Müqəddəs Qurban bayramı münasibətilə Bərdə bələdiyyəsi tərəfindən rayon sakinləri təbrik olunub, sosial qayğıya ehtiyacı olan ailələrə bayram sovqatları təqdim edilib.

Bərdə bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilən xeyriyyə aksiyası çərçivəsində 32 aztəminatlı ailəyə qurban payları çatdırılıb. Bayram günlərində ailələr ziyarət olunaraq onlarla səmimi görüşlər keçirilib, sakinlərin qayğı və problemləri dinlənilib.

Görüşlər zamanı bildirilib ki, aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi, sosial dəstək tədbirlərinin həyata keçirilməsi daim əsas prioritet istiqamətlərdən biridir. Qurban bayramının mənəvi dəyərlərinə uyğun olaraq təşkil edilən aksiya ailələr tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.

Qeyd olunub ki, Bərdə bələdiyyəsi tərəfindən gələcəkdə də sosial yönümlü layihə və xeyriyyə aksiyalarının davam etdirilməsi nəzərdə tutulur.

Bərdə bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər