Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-06-2026 , 13:46

74

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tural Ağammədov: "Hazırlanacaq proqramda bələdiyyənin həm də Masallı rayon tarix - diyarşünaslıq muzeyi ilə əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulur”

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində növbəti görüşü Masallı bələdiyyəsinin inzibati binasında bir sıra bələdiyyənin sədr, üzv və qulluqçularının iştirakı ilə keçirilib.

İctimai birliyin sədri Vüqar Cəfərov  görüş iştirakçılarına layihənin icrası, məqsədi və vəzifələri barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas ideyası  bələdiyyə  ərazilərindəki maddi-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliğinin təşkilində bələdiyyələrin işinin efektiv qurulmasına nail olmaqdır. Vüqar Cəfərov çıxışında zəngin və qədim tarixə sahib olan  Masallı rayonunun maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü qeyd edib. Ancaq bu vəzifələrin icrası bələdiyyələrdən həm də xarici ölkələrin təcrübəsinin öyrənilməsini tələb edir. Bu xüsusda Türkiyə təcrübəsinin öyrənilməsi daha məqsədəuyğun sayıla bilər.

Görüşdə Masallı bələdiyyəsinin sədri Tural Ağammədov  müzakirə edilən mövzunun zəruriliyinə toxunaraq Masallı bələdiyyəsi  tərəfindən bu sahənin mühafizəsi üçün strateji proqramın hazırlanacağını, növbəti ildən isə proqramın icrası ilə bağlı bələdiyyə büdcəsindən müəyyən maliyyə vəsaitinin ayrılacağını qeyd edib. Proqramda bələdiyyənin Masallı şəhərində fəaliyyət göstərən tarix - diyarşünaslıq muzeyi ilə əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulur.   Sədrin sözlərinə görə, bu gün bələdiyyənin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi üçün büdcə gəlirlərini artırmaqdır. 

Görüşdə Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov da çıxış edərək rəhbərlik etdiyi bələdiyyənin fəaliyyıətindən, həyata keçirilən layihələrdən, layihələrin icrasında həm yerli xeyriyyəçi insanların, həmçinin sakinlərin yaxından iştirak etməsindən danışıb. Sədr bələdiyyə ərazisində qədim məscidin bərpa edilməsində bələdiyyənin də yaxından iştirak etdiyini qeyd edib. Hazırda müzakirə edilən mövzunun aktullığına toxunan sədr konkret olaraq rayon bəılədiyyələrinin bu sahə ilə bağlı birgə inkişaf proqramının hazırlanmasına ehtıyac olduğunu qeyd edib.

Görüşdə Masallı rayonunun tarixindən, inkişaf yolundan, rayonun qədim abidələrinin funksionallığından danışılıb. Müzakirələrdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, iki günlük səfər çərçivəsində bələdiyyənin fəaliyyəti ilə yaxından tanışlıq keçirilmiş, həmçinin  rayonda fəaliyyətdə olan Masallı rayon tarix-diyarşünaslıq muzeyi ziyarət olunmuşdur.

Xatırladaq ki, layihə çərçivəsində növbəti görüşlər  Yardımlı, Siyəzən, Şabran Quba, Xaçmaz, İsmayıllı və  Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulmuşdur.

Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və  2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
732