Bədii Məmmədova: “Bu gün bank hesabının bağlı olması kollektivi ruhdan salmır”
“Astara bələdiyyəsi olaraq bu gün əsas məqsədimiz bələdiyyənin əvvəlki illərdə yaranmış DSMF borcunun bağlanılmasına çalışmaqdır. Bunun üçün yenilənmiş və təkmilləşdrilmiş BAMS proqramının verdiyi bütün imkanlardan lazımınca istifadə etməyə çalışırıq”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Bədii Məmmədova deyib .
Sədr
qeyd edib ki, ötən ilyarım ərzində Astara
bələdiyyəsinin əvvəlki illərdə yaranmış borcunun xeyli hissəsini bağlamağa nail
olmuşuq. Bu gün bank hesabının bağlı olması kollektivi ruhdan salmır. Yerli
vergi və rüsümların toplanılması üçün bütün quüvvəmizi səfərbər etmişik.
Bununla
yanaşı bir çox hallarda sakinlərin, şəhərdə fəaliyyət göstərən sahibkarların dəstəyindən istifadə edərək şəhərin
abadlığı, təmizliyi istiqamətində bir sıra ciddi layihələri icra etmişik.
Zibil
qutularının alınaraq ehtiyac olan küçələrə yerləşdirilməsi, bələdiyyəyə birləşdirilən
yaşayış məntəqələrində məhəllədaxili yolların təmir edilməsi, bəzilərinə çınqıl
tökülərək yayılması həyata keçirilmişdir.
Sakinlərin,
könüllülərin və bələdiyyə kollektivinin yaxından iştirakı ilə mütəmadi olaraq
iməciliklər keçirilir. Bununla yanaşı vergi mütəxəssisləri sakinlərlə vergi ödənişinin
vaxtında ödəniılməsi iilə bağlı, həm də zibil tullantılarının ünvansız atılması
ilə bağlı söhbətlər aparırlar.
Sədr
qeyd edib ki, cari ildə hədəfimiz DSMF borcunun bağlamaqla şəhərdə daha böyük layihələrin
icrasına başlamaqdır. Bu gün Astara bələdiyyəsi bələdiyyə üzvlərinin iştirakı
ilə işçi qrupu yaratmaqla yerlərdə monitorinq aparır. Bununla da vergi-uçotuna düşməyən vətəndaşları müəyyən edərək
onların vergiyə cəlb edilməsini həyata
keçirilir. Həyata keçirilən hər təşəbbüsdə Astara RİH -in dəstəyini hiss
edirik.
Sədr qon olaraq qeyd edib ki, son üç ilin göstəricilərinin təhlili onu deməyə əsas verir ki, büdcə gəlirlərinin artırılması istiqamətində kifayət qədər artım müşahidə olunmuşdur.
Belediyye..info
Rəylər
0 Rəy