Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-07-2026 , 23:37

118

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Torpaq sahəsi üçün müraciət edən vətəndaşların əksəriyyəti müəyyən edilmiş yüksək qiymətlər səbəbindən imtina edirlər”

“Etiraf edilməlidir ki, bu gün Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumları bələdiyyə müraciətlərinə diqqətlə yanaşmırlar”- bu fikirləri Belediyye.infoya Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli ilə görüşdə səsləndirib.

“Bu gün Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarının bələdiyyə müraciətlərinə etinasız yanaşmaları qəbul edilən deyil və prosesin elektron formaya keçirilməsinin ümumi prosesin aktivliyinə heç bir  müsbət təsir göstərmədyini qeyd edən ictimai birlik sədri prosesin bu şəkildə davan etməsinin yolverilməz  olduğunu xüsusilə qeyd edib.

Bələdiyyə sədri görüşdə qeyd edib ki, “bu günədək e-tekuis.emlak.gov.az informasiya sistemi vasitəsilə ümumilikdə 68 müraciət sistemə yüklənmişdir. Müraciətlərdən 22-si torpaq sahələrinin müayinə (baxış) aktının və torpaq sahəsinin planının hazırlanması məqsədilə təqdim olunub. Bu istiqamətdə torpaq sahələrinin ölçülməsi və planlarının hazırlanması ilə bağlı hər hansı problem yaşanmamışdır. Qalan 46 müraciət isə əsasən tam sənədləşdirilərək Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətindən rəy alınması məqsədilə sistemə yüklənmişdir. 46 müraciət arasında bəzi sənədlər texniki düzəlişlərin aparılması və ya aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasından sonra yenidən təqdim edildiyinə görə eyni sənəd bir neçə dəfə sistemə yüklənmişdir.

Qeyd etmək istərdim ki, sistemin tətbiqinin ilkin mərhələsində sənədlərin  sistemə yüklənməsi prosesində tərəfimizdən də müəyyən texniki xarakterli çatışmazlıqlara yol verilmişdir. Lakin bu istiqamətdə tədbirlər görülmüş, mövcud texniki problemlər aradan qaldırılmışdır. Hazırda sənədlərin hazırlanması, işlənməsi və informasiya sisteminə yüklənməsi prosesində  hər hansı problem mövcud deyildir.”

Sədr daha sonra qeyd edib: “Rəy alınması üçün təqdim etdiyimiz sənədlərin böyük əksəriyyəti üzrə müsbət nəticə əldə olunmamışdır. Yalnız kənd təsərrüfatı təyinatlı bir torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı təqdim edilmiş müraciət üzrə müsbət rəy verilmişdir. Bundan əlavə, müraciətlərimizə uzun müddətdir baxılmasına baxmayaraq, nəticəsi barədə  hər hansı məlumat təqdim edilmir.”

“Təəssüf ki, son aylarda bələdiyyə əmlakının özgəninkiləşdirilməsində qiymətləndirmə ilə bələdiyyələrlə problem yaradılması adi hal aldığını deyən Vüqar Tofiqli ucqar dağ kəndində kifayət qədər yüksək satış qiyməti hansı meyarlarla müəyyən edilməsi hər hansı məntiqə sığmır”

Görüşdə Tünzalə Qardaşova qeyd edib ki, həqiqətən əsas problemlərdən biri torpaq sahələrinin qiymətləndirilməsi ilə bağlıdır. Hazırda torpaq sahələrinin bazar qiyməti müvafiq qiymətləndirmə müəsisəsi tərəfindən müəyyən edilir, bələdiyyə isə qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qiymət əsasında müvafiq əlavəni tətbiq etməklə sənədləri  sistemə daxil edir.

Lakin imtina səbəblərindən biri kimi təqdim olunan qiymətlərin cari bazar qiymətlərinə uyğun olmadığı bildirilir. Belə ki, Boradigah qəsəbəsində torpaq sahələrinin bazar qiymətinin 6.000-7.000 manat, Babaser kəndində isə 2.000-2.500 manat civarında olduğu qeyd edilir. Praktik müşahidələr göstərir ki, bu qiymətlər ərazidə formalaşmış real bazar vəziyyətini tam əks etdirmir. Nəticədə bələdiyyədən torpaq sahəsi əldə etmək məqsədilə müraciət edən vətəndaşların əksəriyyəti müəyyən edilmiş yüksək qiymətlər səbəbindən müraciətlərindən imtina edirlər.

Maraqlı müzakirə zamanı  hər iki tərəf torpaq sahələrinin qiymətləndirilməsi mexanizminin və rəy verilməsi prosesində tətbiq olunan yanaşmaların qanunvericiliyin tələblərinə uyğun şəkildə yenidən təhlil edilməsi, bazar qiymətlərinin müəyyən edilməsində real vəziyyətin və vətəndaşların sosial vəziyyətinin nəzərə alınması məqsədəuyğun hesab edib.

Düşünmək olar ki, qaldırılan məsələlər Əmlak Məsələləri Dövlət Xidmətinin diqqət mərkəzində olacaq və bələdiyyələrin üzləşdikləri problemlər öz həllini tezliklə tapacaqdır.

Belediyye.info


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər