Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-03-2024 , 19:37

Son xəbərlər

Bütün xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Son yeddi ildə əmlak vergisnin həcmini altı dəfəyədək artırmışıq”

“Bələdiyyə sədri olaraq əsas vəzifəmiz büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunu təmin etməyə yönəlib. Məhz bu məqsədlə atdığımız ciddi addımlar sayəsində 2017-ci illə müqayisədə  torpaq vergisini 14 dəfə, əmlak vergisini isə 6 dəfəyədək artırmağa nail olmuşuq”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu Tüntül Bələdiyyəsinin sədri Günel Ağayeva bildirib.

Sədrin sözlərinə görə, 2017-ci ildə torpaq vergisinin həcmi 1.182 manat, əmlak vergisinin həcmi isə 558 manat olduğu halda, 2023-cü ildə torpaq vergisinin həcmi 16.764 manat, əmlak vergisinin həcmi isə 3.881 manat təşkil edib.

Ötən il üzrə büdcə gəlirinin həcmi isə 44.387 manat təşkil edib.  Bu isə 2017-ci illə müqayisədə 4 dəfədəndə artıqdır.

Sədr qeyd edib ki, əldə olunan maliyyə vəsaitin 6.596 manatı mehmanxana rüsumundan, 4.796 manatı torpaq icarə haqqalarından, 7.830 manatı isə bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olub.

Əldə etdiyimiz maliyyə vəsaitinin 21 faizi kəndarası yolların təmirinə, 16 faizi isə maddi yardıma ayrılıb. Bələdiyyə iclasının qərarıyla qəbirstanlığın təmizlənməsinə 850 manat, kəndarası su xəttinin təmizlənməsinə  və çəkilişinə 500 manata yaxın vəsait xərclənib.

Hazırda yenilənmiş BAMS proqramının yaratdığı imkandan yararlanmağa çalışırıq.

Sədr qeyd edib ki, cari ildə maliyyə vəsaitinin həcmini artırmaqla sakinlərin müraciətlərini operativ şəkildə həllinə nail olmağa çalışırıq.

Xatırladaq ki, Tüntül Bələdiyyəsinin sədri Günel Ağayeva  2014-cü ildə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü, 2017-ci ildən isə bələdiyyə sədri vəzifəsinə seçilib. Artıq yeddinci ildir ki, bələdiyyə sədri vəzifəsində çalışır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər