Sumqayıt bələdiyyəsinin əldə etdiyi vergilərin həcmi ümumi bələdiyyələrin büdcə gəlirlərinin 35 faizini təşkil edib
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Sumqayıt şəhərində formalaşan 3 bələdiyyənin büdcə gəliri 3.923.000 manat olub. 2024-ci ildə bu rəqəm 3.131.300 manat olmuşdu. Bu isə o deməkdir ki, 2024-cü illə müqayisədə 2025-cü ildə Sumqayıt şəhərində formalaşan 3 bələdiyyənin büdcə gəliri 25.3 faiz artıb.
Əldə edilən
gəlirin 32.2 faizi yerli vergilərdən, 67.8 faizi isə rüsumlardan daxil olub. Ümumi
büdcə gəlirinin 8.1 faizi torpaq, 24.1
faizi əmlak vergisindən daxil olub.
Belediyye.infonun
əldə etdiyi məlumata görə, il ərzində Sumqayıt şəhərində formalaşan üç bələdiyyənin əmlak vergisinin həcmi 76.3 faiz,
torpaq vergisinin həcmi isə 7.5 faiz artıb.
Sumqayıt bələdiyyələrinin
büdcə gəlirinin 57.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən
və istifadəyə verilməsindən daxil olub.
Sumqayıt bələdiyyələri ötən il bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən
daxil olan vəsaitin həcmi ümumi büdcə gəlirinin 27.7 fazini təşkil edib. Bu da
ötən illə müqayisədə 77.2 faiz artıq deməkdir. Bununla yanaşı il ərzində Sumqayıt
bələdiyyələrinə 336.9 manat dotasiya ayrılıb.
Bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən 21.300 manat,
avtodayanacaqlardan 6.700 manat bələdiyyə büdcəsinə vəsait daxil olsa da , bununla yanaşı bələdiyyə müəssisələrinin mənfəət vergisindən,
habelə daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti
daxil olmayıb.
Əlavə edək
ki, artıq ikinci dəfədir ki, büdcə daxilolmalarına görə şəhər bələdiyyələri arasında
Sumqayıt bələdiyyəsi birinci yerə sahiblənib. Sumqayıt bələdiyyələrinin əldə etdiyi büdcə gəlirlərinin 94 faizi məhz şəhər bələdiyyəsinin
payına düşür.
Bununla
yanaşı şəhər bələdiyyəsinin ötən il əldə etdiyi əmlak və torpaq vergisinin həcmi 1.204.245
manata bərabər olub ki, bu da ümumrespublika göstəricisinin 35 faizi deməkdir.
Belediyye.info
Rəylər
0 Rəy