Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

Bələdiyyə sədrinin müavini dünyasını dəyişib: ELDƏN GEDƏN ADAM...

24-12-2025, 21:13

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Allah rəhmət eləsin
- +
Bələdiyyə sədrinin müavini dünyasını dəyişib: ELDƏN GEDƏN ADAM...

Masallı rayonu Boradigah qəsəbəsinin ziyalı və hörmətli sakinlərindən biri,Boradigah bələdiyyəsində sədr müavini vəzifəsini icra edən, zəhmətkeşliyi və insanpərvərliyi ilə tanınan Elmurad Əlifəttax oğlu Hüseynov 28 yanvar 1951-ci ildə Boradigah qəsəbəsində anadan olmuş, ömrünü doğma yurduna və onun insanlarına xidmətə həsr etmişdir.

Elmurad Hüseynov sadə, təvazökar həyat tərzi, halal zəhməti və məsuliyyətli mövqeyi ilə qəsəbə əhalisi arasında daim hörmət və nüfuz qazanmışdır. O, kəndin inkişafına biganə qalmayan, hər zaman insanların qayğısına qalan, çətin məqamda köməyini əsirgəməyən bir insan kimi xatırlanır. Onun səmimiyyəti, əməksevərliyi və xeyirxah əməlləri Boradigah sakinlərinin yaddaşında daim yaşayacaqdır.

Elmurad Hüseynovun vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün ağır itkidir.Boradigah bələdiyyəsi adından  mərhuma Allahdan rəhmət, ailəsinə və doğmalarına dərin hüznlə baş sağlığı verir və səbir diləyirik.

Ruhu şad, məkanı cənnət olsun.

Masallı rayonu, Boradigah bələdiyyəsi 

Digər xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
749

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
822