Təmraz Tağıyev: “Vətəndaş-bələdiyyə münasibətlərində məmnunluğun təmin edilməsi üçün var gücümüzlə çalışırıq”
“Bələdiyyə olaraq əsas fəaliyyətimizi sakinlərin müraciəti əsasında qururuq”-bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədr
bildirib ki, bu günlərdə rayonun Təbriz küçəsi 70 saylı binanın sakinləri
binanın damının dəyişdirilməsi ilə bağlı müraciəti bələdiyyə iclasında müzakirəyə
çıxarılaraq, icrası barədə dərhal qərar verildi. Bunun üçün bələdiyyənin sədr
müavini Nizami Babaşovun iştirakı ilə təşkil edilmiş monitorinq qrupu yerində
sakinlərin müraciətinə baxış keçirmiş, istifadə ediləcək tikinti materialların
sayı və ölçüləri müəyyən edilərək tez bir zaman kəsiyində icrası təmin
edilmişdir.
Nərimanov bələdiyyəsinin
operativ fəaliyyəti sakinlər də razılıqla qarşılamışlar.
Təmraz Tağıyev bildirib ki, bələdiyyə olaraq daima vətəndaş-bələdiyyə münasibətlərində məmnunluğun təmin edilməsi üçün var gücümüzlə bundan sonra da çalışacağıq.
Belediyye.info
Rəylər
0 Rəy