18 yanvar onun günüdür
Etiraf edim ki, onun bu yaşda olmasını təsəvvürümə gətirməzdim. Çünki yaşından artıq təcrübəyə sahib, üstəlik zəngin təcrübəyə malik insanların yanında çalışmaqla təcrübə qazanmağı indiki vaxtda heç də hər kəs bacarmır. Birinin bacarıqsız olması, digərinin “eqo”su, başqa birinin isə ətrafındakıları insanı istədikləri istiqamətə çəkə bilir.
Lakin insanın intellekti varsa, ətrafında tərübəli insanlar varsa, ən əsası isə özü bu zirvəyə çatmaq niyyətindədirsə, demək bir gün ona həyatında hərəkət üçün “yaşıl işıq” yanır.
Bəli, söhbətin yəqin ki, kimdən getdiyini hiss etdiniz. Söhbət Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynovdan gedir. O insandan ki, bələdiyyədə qulluqçusu kimi fəaliyyətindən bu gün artıq sədr vəzifəsinədək yüksələ bilib. Hələ ki, İsrafil Hüseynov gəncəli adaşı Sovet İttifaqı Qəhrəmani kimi hansısa qəhrəmanlıqlar etməyib. Ancaq proses ondan xəbər verir ki, o da çalışdığı sahədə qəhrəmanlıqlar etməyə özünü hazırlayır. Belə ki, İsrafil Hüseynov az vaxt ərzində fəaliyyəti, səmimiyyəti, sadəliyi həm də ötgəmliyi ilə özünə çəki və nüfuz qazanmaqla Buzovna bələdiyyəninin səviyyəsini bir xeyli artıra bilib.
İsrafil Hüseynov bir bələdiyyə qulluçusu kimi, sonradan bələdiyyə üzvü və sədr müavini kimi formalaşmasında kollektivin və sabiq sədr Mətləb Əliyevin də danılmaz rolu olub. Xöşbəxtlikdən bir çoxlarından fərqli olaraq o bu məqamı fəxrlə dilə gətirir. Bütün hallarda onun məqsədi doğulub boya başa çatdığı Buzovna qəsəbəsinə layiqli xidmət göstərməkdir. Və fəaliyyəti ilə bu məqsədə doğru addım atdığı hiss olunmaqdadır.
Xoş təsadüfdən 18 yanvar tarixi onun həm də ad günüdür. Artıq bu gündən onu təbrik edir və inanmaq istərdik ki, fəaliyyəti ilə bundan sonra da bələdiyyə sisteminin inkişafına öz töhfəsini verəcəkdir.
Hörmətlə Vüqar Tofiqli
Rəylər
0 Rəy