Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2026 , 18:12

178

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətai Bələdiyyəsinin Gender Komissiyası maarifləndirmə kampaniyasını davam etdirir

​Xətai Bələdiyyəsinin Gender Komissiyasının növbəti iclası keçirilib. Görüşün əsas mövzusu məişət zorakılığı, ailə daxili münaqişələr və gender bərabərsizliyi ilə bağlı hazırlanan yeni maarifləndirici flayerlərin təqdimatı və onların sakinlər arasında paylanılması planı olub.

​İclası giriş sözü ilə açan Gender Komissiyasının sədri Səbinə Abdullayeva flayerlərin məzmunu barədə ətraflı məlumat verib. O, materiallarda yer alan əsas sloqanların və hüquqi məlumatların sadə dildə izah edildiyini vurğulayıb.

​"Bu flayerlər sadəcə kağız parçası deyil, sakinlərimizin öz hüquqlarını tanıması üçün bir bələdçidir. Seçicilərimizin bu istiqamətdə maariflənməsi sağlam cəmiyyətin təməlidir," – deyə S. Abdullayeva qeyd edib. 

​Tədbirdə çıxış edən digər məsul şəxslər də maarifləndirmənin vacibliyinə toxunublar. ​

Gender Komissiaysının üzvü Kənan Rzayev çıxışında  cəmiyyətdə gender bərabərliyinin təmin olunması üçün yerli səviyyədə görülən işlərin əhəmiyyətini xüsusilə qeyd edib.  ​Bələdiyyə qulluqçusu Rövşən Məmmədov  çıxışında  sakinlərlə birbaşa təmasın qurulması və bu növ tədbirlərin mütəmadi xarakter daşımasının vacibliyini  vurğulayıb. ​Paylanma planı: Flayerlərin rayonun izdihamlı yerlərində və məhəllələrdə sakinlərə çatdırılması qərara alınıb. Zorakılığa qarşı mübarizədə bələdiyyənin dəstək mexanizmləri barədə seçicilərin məlumatlandırılması prioritet seçilib. Bu cür sosial layihələrin il boyu davam etdirilməsi planlaşdırılır. Xətai bələdiyyəsi ailə dəyərlərinin qorunması və hər bir vətəndaşın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini bundan sonra da  əzmlə davam etdirəcəkdir.

Xətai bələdiyyəsi





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
722