Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-07-2025 , 15:58

1302

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Məhəllə komitələri bələdiyyələrin "ürəyinə" çevrilir -AÇIQLAMA


Bununla kommunal problemlərini daha tez, operativ həll edə bilərlər

 Şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərəcək məhəllə komitələrinin formalaşdırılması məqsədilə Sumqayıt Bələdiyyəsi tərəfindən seçki prosesinə start verilib. Məlumata görə, şəhər ərazisində ilk seçki Yeni Yaşayış Massivi - Yaşıl Dərə ərazisindəki 8-ci məhəllədə baş tutub. Məhəllə komitələri sakinlərə şəhər həyatında daha yaxından və fəal iştiraka rəvac verir, öz məhəlləsinin ictimai-sosial problemlərini Bələdiyyə səviyyəsində qabartmağa imkan yaradır. Qeyd edək ki, hər bir Sumqayıt sakini öz məhəllə komitələrinin formalaşdırılmasında seçki vasitəsilə iştirak edə bilər.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında qeyd etdi ki, məhəllə komitələri bələdiyyələr daxilində formalaşdırılmış strukturdur. Fəal bələdiyyələr daxilində bu struktur çoxdan mövcuddur:

- Məhəllə komitələri uzun zamandır formalaşsa da, bir çox hallarda rəmzi xarakter daşıyırdı. Sevindirici haldır ki, indi məhəllə komitələrinin fəallığı müşahidə edilir. Məhəllə komitələrinin üzvləri seçkili orqanın yerlərdə əhali tərəfindən seçilmiş nümayəndələridir. Bələdiyyə seçilir, onun daxilində isə məhəllə komitələri yaranır. Bu komitələrə sakinlər arasında daha fəal, ictimaiyyətçi olanlar seçilir. Məqsəd yerlərdə olan problemlərin bilavasitə bələdiyyədə müzakirəyə çıxarılmasına və problemin həllinə nail olmaqdır. Bələdiyyələr yaranandan məhəllə komitələri də olub. Bələdiyyələrin böyük əksəriyyətində var belə komitələr. Sumqayıt bələdiyyəsi isə həmişə nümunəvi bələdiyyələr sırasında olub. Yaxşı haldır ki, məhəllə komitələrinə seçki keçirirlər, sakinləri seçki prosesinə cəlb edirlər. Məhəllə komitələrinin əhəmiyyəti ondan ibarətdir ki, yerlərdə, ilk baxışda xırda, kiçik məsələ kimi görünən, əslində isə kökündə böyük problemlər dayanan məsələləri müzakirəyə çıxarmaqla bilavasitə bələdiyyə səviyyəsində həllinə nail olurlar. Məhəllə komitələri sakinləri narahat edən sosial, kommunal problemlərini qaldırır, müəyyən təkliflər verir, bələdiyyənin işində aktiv iştirak edirlər. Bəzən məhəllə komitələrinin aktivliyi o qədər də müşahidə edilmir. Burada da obyektiv və subyektiv səbəblər olur. Məhəllə komitələri aktiv olsalar, bir sıra problemlər daha tez həllini tapar. Perspektivdə bu prosesi aktivləşdirməklə bələdiyyənin üzərinə düşən məsuliyyət yükünü sakinlərlə paylaşmaqla problemlərin qısa zamanda həllinə şərait yaranmış olacaq. Sakinlər özləri gərək məhəllə komitələrinin fəallaşmasında maraqlı olsunlar. Çünki bununla kommunal problemlərini daha tez, operativ həll edə bilərlər.

Məlahət Rzayeva

Şərq qəzeti

https://sherg.az/sosial/310369

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
593

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
594

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
788

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
610

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
819