Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-02-2025 , 18:56

1732

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


İmişli regional ədliyyə idarəsində 2024-cü ildə ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyətinə dair görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı hesabat iclası keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənin azadlığı, suverenliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra regional idarənin rəisi İsgəndər Orucov çıxış edərək ötən il fəaliyyət istiqamətləri üzrə görülmüş işlərdən, qarşıda duran məsələlərin həll edilməsi ilə bağlı layihələrdən, 2024-cü ildə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qəbul edilmiş Qanundan irəli gələn tələblərlə bağlı hüquqi aktların qəbul olunmasından bəhs edib. O, 29.01.2025-ci il tarixində keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri üzrə yeni seçilən bələdiyyə üzvlərinə, eləcə də bütün seçilmiş üzvlərə bələdiyyə qanunlarının öyrədilməsi istiqamətində metodoloji yardım göstərilməsinin zəruriliyini bildirib. Eyni zamanda, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələrək ədliyyə işçilərinin də mühüm vəzifələrinin olduğunu vurğulayıb.

Daha sonra idarə əməkdaşları tərəfindən 2024-cü ildə görülən işlərlə bağlı çıxışlar edilərək müvafiq qaydada fərdi hesabatlar təqdim olunub. Yaranmış sullara yerində aydınlıq gətirilib və bundan irəli gələn müvafiq tapşırıqlar verilib.

İclasda, həmçinin “22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə idarənin rəisi İsgəndər Orucovun “döş nişanı” ilə təltif edilməsinə görə idarənin rəisi və kollektivi nazirə öz təşəkkürlərini ifadə ediblər və bu mükafatın region üzrə bütün ədliyyə işçilərinin müsbət fəaliyyətinin təzahürü kimi qiymətləndiriblər. Həmçinin 2024-cü ildə naziriliyin rəhbərliyi tərəfindən idarənin böyük məsləhətçisi Rafiq Məhəddinova etimad göstərilərək I dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi verilməsi də idarə adına yüksək dəyərləndirilib və növbəti illərdə də böyük əzmlə çalışmasının zəruriliyi bildirilib.

Sonda idarə rəisi nazirliyin aidiyyəti baş idarəsi ilə razılaşdırılmış 2025-ci ilə dair iş planında nəzərdə tutulan işlərin icrasını kollektivlə müzakirə edib, habelə icra, bələdiyyə fəaliyyəti ilə bağlı və onların səlahiyyətləri çərçivəsində digər istiqamətlər üzrə vəziflərini icra etmələri ilə yanaşı, nazirliyin tapşırıqlarının da növbəti ildə fəaliyyətlərində rəhbər tutmaları qeyd olunub.

İmişli regional ədliyyə idarəsi 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
856

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
720

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
675

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
545

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
739

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
559

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
756

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
949

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
631

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1035