Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-02-2025 , 00:47

1829

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Bu gün onun günüdür. O insanın ki, savadı, bacarığı və idarəçiliyi ilə bələdiyyə sahəsində konkret bir idarəetmə məktəbi yaradıb. O insanın ki,  hər tərəfli elmi biliyə,  zəngin təcrübəyə sahib olmaqla məntiqə söykənən fikirləri ilə həm də Şahtaxtinskilərin layiqli davamçısı kimi özünə həm də bələdiyyə sistemində xüsusi bir yer tutub. İnanmıram ki, bundan sonrakı illərdə onun fəth etdiyi zirvəyə bir kimsı iddialı ola bilsin.  Bir çox şahtaxtılılardan fərqli olaraq bu gün ad gününü qeyd edən dostumuzu idarəçilikdə  ötgəm olması ilə yanaşı, həm də səmimiyyəti ilə daim fərqlənib və fərqlənməkdədir. Yəni görüb- götürmüş nəslin nümayəndəsi olduğundan daim gözütox olması ilə seçilib.

Mənə maraqlı gələn məqam bir də ondadır ki, bəzən sətiraltı yazdığım fikirlərdə haqsız yerə günahlandırılan dəyərli agsaqqlım ona edilən hücumları konkret bir sözlə ifadə edərək yola verib.

Beləliklə, haqqında söhbət açdığım dəyərli ağsaqqalım  Mürsəl Eminov 1958-ci ilin 23 fevral tarixində Şahtaxtlı kəndində anadan olub.  1980-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstutunu bitirib. İlk dəfə 12 dekabr 1999-cu ildə bələdiyyə üzvü, 2001-ci ildə bələdiyyə sədri,  2019 və 2025-ci illərdə keçirilən seçkilərdə  bələdiyyə üzvü və  2020-ci ilin yanvarında, habelə  2025-ci ilin fevralında Binəqədi bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Rəhbərliyi dövründə Binəqədi bələdiyyəsində ciddi irəliləyişə nail olması da göz önündədir.  Bu irəliləyişə Mürsəl Eminov formalaşdırdığı kollektivin sayəsində əldə edibdir,  desək yəqin ki,  yanılmarıq.

Şahtaxtılıların dəyərli ziyalısı haqqında çox yazmaq və saatlarla danışmaq olar. Bələdiyyə sisteminin dəyərli kişilərindən olan Mürsəl Eminovu ürəkdən təbrik edir və sağlıqlı illərlə bələdiyyə sisteminin inkişafına daha böyük töhfələri verməyi arzu edirəm.

Hörmətlə Vüqar Tofiqli 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
861

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
722

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
675

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
546

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
739

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
560

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
759

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
950

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
634

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1036