Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-08-2025 , 12:21

1568

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qüdrət Kazımov: “Dayanıqlı maliyyə mənbəyinin formalaşdırılması üçün  bələdiyyənin üzv və qulluqçuları  bu gün  aktiv iş aparır 


“Dayanıqlı maliyyə mənbəyinin yaradılması hər bir bələdiyyə üçün ən vacib və ümdə bir məsələ olmalıdır” – bu fikirləri İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov  bələdiyyənin  yerli sosial siyasət və iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri Şahməmməd Soltanovun, yerli büdcə məsələləri daimi komissiyasının sədri Elnur Nəcəfovun, bələdiyyənin sədr müavini Anar Rəsulovun və  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə deyib.

“Bu addımın atılması üçün artıq bələdiyyə iclasında MMC-nin yaradılması qərara alınıb. MMC həm kənd təsərrüfatı təyinatlı, həm də təmir-tikinti işlərini həyata keçirmək məqsədi ilə təsis edilib. Hazırda MMC-nın rəsmi sənədləşdirmə işləri həyata keçirilir.

MMC-nin kənd təsərrüfatı təyinatlı fəaliyyəti əsasən ərzaq məhsullarının istehsalı nəzərdə tutulub. Bələdiyyə mülkiyyətində olan beş hektarlıq ərazidə məhsuldarlığı bol olan kartof əkilməsi nəzərdə tutulub. Bununla bağlı artıq ərazidə əkin üçün hazırlıq işləri başa çatıb.”

Sədr görüşdə daha sonra bildirib ki, maliyyə imkanları çərçivəsində MMC-nin nəzdində  özüboşaldan yük maşınının alınması da nəzərdə tutulub. Avtomobil həm də gələcəkdə rayonun digər bələdiyyələrinin ərazilərində aparılacaq abadlıq işlərində öz xidmətini göstərəcəkdir.

MMC- nin təsis edilməsi bir tərəfdən dayanıqlı maliyyə mənbəyini yaratmağa, həm də əlavə iş yerlərinin açılmasına şərait yaradacaqdır.

Görüşdə bildirilib ki, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bu gün bələdiyyənin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən yerli əhəmiyyətli məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bildirilib ki, altıay ərzində 2025-ci ilin 6 ayı ərzində mədaxil faktiki olaraq cəmi 34.018 manat  olmuşdur.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:  Torpaq vergisi – 9.491 manat, əmlak vergisi  – 15.923 manat,  əvvəlki ildə bələdiyyə əmlakının özəlləşdirilməsindən daxilolma- 2.907  manat, ticarət obyektlərindən torpaq icarə haqları  2.214   manat,  əkin sahələrinə görə icarə haqqı                   –1.921  manat,  bələdiyyə əmlakının icarəsindən  1.200  manat, avtomobil dayanacaqlarından                        –360 manat daxil olub.

Görüşdə qeyd edilib ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq Cülayn bələdiyyəsi İsmayıllı bələdiyyəsinə birləşdirilmişdir.  İsmayıllı bələdiyyəsinin və ona birləşmiş Cülyan bələdiyyəsinin əvvəlki dövrdən qalan əmək haqqı borcları çox olmuşdur. Maliyyə daxilolmalarının əvvəlki dövrlərlə müqayisədə az olması səbəbindən, ilk olaraq yaranan maliyyə vəsaiti aztəminatlı bələdiyyə qulluqçularının əmək haqlarının ödənilməsinə yönləndirilmişdir. Maliyyə daxilolmalarının azalma səbəbləri çoxdur.  Bu gün artlq  bələdiyyə  üzv  və qulluqçularının iştirkaı ilə təşkil edilən monitorinq qrupu bələdiyyə ərazisində aktiv iş apararaq ilk olaraq kommersiya obyektlərinin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesi yekunlaşdırmışdır. Hazırda Cülyan kəndi ərazisində həmin proses davam etdirilir. 

Hazırda Gülyan kəndi ərazisində kommersiya obyektləri və fiziki şəxslərin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesi aparılır.

Görüşdə o da bildirilib ki, hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 30.950 manat təşkil etmişdir.

2025-ci ilin 6 ayı ərzində şəhər ərazisində mövcud  8.129 vergi ödəyicisindən 2.887 nəfərə bələdiyyəyə olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bundan əlavə Azərbaycan Respublikası vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla 2408 vergi ödəyicisinə 71.2 min manatdan yuxarı güzəşt olunmuşdur.Bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları tərəfindən borcu çox olan vergi ödəyiciləri ilə fərdi görüşlər və ya telefon danışıqları mütəmadi olaraq aparılır. Vergi ödəyicilərinə vergi borcları barədə SMS xidmətinin göstərilməsinə hazırlıq işləri aparılır, qısa müddətə bütün vergi ödəyicilərinə SMS göndərilməsi planlaşdırılır.

Görüşdə o da bildirilib ki, hesabat dövründə bələdiyyə üzvləri ilə 12 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 55 qərar qəbul edilmişdir. Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Göyçay Regional  Ədliyyə İdarəsinə göndərilmiş və vahid bələdiyyə portalında yerləşdirilmişdir. Eyni zamanda bələdiyyənin  elan və fəaliyyəti haqqında məlumatlar “Facebook” səhifəsi vasitəsilə yayımlanmışdır.

2025-ci ilin 6 ayı ərzində bələdiyyəyə  358 nəfər müraciət etmişdir ki, onların 96 nəfəri arayış və digər sənədlər almaq üçün, 59 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 203 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə bələdiyyə ərazisində vətəndaşların mülkiyyətində olan 7636  ev həyətyanı  sahəsi ilə birlikdə, 2281 hektar əkin,  120 hektar bağ sahəsi, 493 kommersiya təyinatlı vergitutma obyekti qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmiş uçot məlumatları dəqiqləşdirilmiş və bu iş davam etdirilir. Ümumilikdə isə 8129 vergitutma subyekti sistemə daxil edilmişdir.

İsmayıllı bələdiyyəsinin birləşdirilən Culyan  bələdiyyəsinin borcları ilə birgə 01 iyul 2025-ci il tarixə 75.657 manat borcu var ki, bu  da əsasən DSMF borcu, tibbi sığorta, sərf olunmuş yanacağa, qazdan istifadəyə, təmir-tikinti idarəsinə, həmkarlara üzvlük haqqı borclarından ibarətdir. Bu gün bu borcların bağlanılması üçün bələdiyyənin kollektivi ciddi şəkildə iş aparır.

Hazırda bələdiyyəyə təsis edilmiş məhəllə komitələri bələdiyyəyə yaxından köməklik  göstərməkdədirlər. Belə ki, vergilərin ödənilməsi istiqamətində, ərazilərin təmiz saxlanılması, qanunsuz tikintilərin vaxtında qarşısının alınması və s. məsələlərdə əhalinin maarifləndirilməsini təmin edərək daima bələdiyyəni məlumatlandırırlar. Bundan başqa  vətəndaş cəmiyyətinin inkişafında  və bələdiyyə-vətəndaş birliyinin   möhkəmlənməsində aktiv fəaliyyət göstərirlər. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər çərçivəsində qurulması məqsədilə islahatların davam etdirilməsi, bələdiyyələrin idarəetmədə rolunun gücləndirilməsi, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarının genişləndirilməsi, dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması məqsədilə bələdiyyə üzvləri və qulluqçuları  aktiv iş aparırlar. 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli hər bir məsələ ilə bağlı, xüsusəndə MMC-nın yaradılmasının üstünlüyündən danışaraq, prosesin tam şəkildə icrasının bələdiyyənin fəaliyyəti üçün mühüm əhəmiyyəti olduğunu qeyd edib.  

Görüşün digər iştirakçıları qaldırılan hər bir məsələ ilə bağlı öz təklif və tövsiyələrini bildiriblər. 


Belediyye.info


Rəylər

1 Rəy

Asif Həşimov Firidun

05-08-2025, 3 ay əvvəl

Bələdiyyələrin mövcud vəziyyətinə tam uyğun və ətraflı təhlilə görə tədbirin təşkilatçılarına təşəkkür edirəm !

Cavabla

Rəy yaz

Oxşar xəbərlər