Qüdrət Kazımov: “Dayanıqlı maliyyə mənbəyinin formalaşdırılması üçün bələdiyyənin üzv və qulluqçuları bu gün aktiv iş aparır”
“Dayanıqlı maliyyə mənbəyinin yaradılması hər bir bələdiyyə
üçün ən vacib və ümdə bir məsələ olmalıdır” – bu fikirləri İsmayıllı bələdiyyəsinin
sədri Qüdrət Kazımov bələdiyyənin
yerli sosial siyasət və iqtisadi inkişaf məsələləri daimi komissiyasının
sədri Şahməmməd Soltanovun, yerli büdcə məsələləri daimi komissiyasının sədri
Elnur Nəcəfovun, bələdiyyənin sədr müavini Anar Rəsulovun və “Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə
keçirilən görüşdə deyib.
“Bu addımın atılması üçün artıq bələdiyyə iclasında MMC-nin
yaradılması qərara alınıb. MMC həm kənd təsərrüfatı təyinatlı, həm də təmir-tikinti
işlərini həyata keçirmək məqsədi ilə təsis edilib. Hazırda MMC-nın rəsmi sənədləşdirmə
işləri həyata keçirilir.
MMC-nin kənd təsərrüfatı təyinatlı fəaliyyəti əsasən ərzaq məhsullarının
istehsalı nəzərdə tutulub. Bələdiyyə mülkiyyətində olan beş hektarlıq ərazidə məhsuldarlığı
bol olan kartof əkilməsi nəzərdə tutulub. Bununla bağlı artıq ərazidə əkin üçün hazırlıq işləri
başa çatıb.”
Sədr görüşdə daha sonra bildirib ki, maliyyə imkanları çərçivəsində MMC-nin nəzdində özüboşaldan yük maşınının alınması da nəzərdə tutulub. Avtomobil həm də
gələcəkdə rayonun digər bələdiyyələrinin ərazilərində aparılacaq abadlıq
işlərində öz xidmətini göstərəcəkdir.
MMC-
nin təsis edilməsi bir tərəfdən dayanıqlı maliyyə mənbəyini yaratmağa, həm də əlavə
iş yerlərinin açılmasına şərait yaradacaqdır.
Görüşdə
bildirilib ki, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda
yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli
işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində
qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və
yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət
yetirilmişdir.
Bu gün bələdiyyənin qarşısında duran əsas vəzifə ictimaiyyət
arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən yerli əhəmiyyətli məsələlərin
vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən
ibarətdir.
Bildirilib ki, altıay ərzində 2025-ci ilin 6 ayı ərzində mədaxil
faktiki olaraq cəmi 34.018 manat
olmuşdur.
Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına
olmuşdur: Torpaq vergisi – 9.491 manat, əmlak
vergisi – 15.923 manat, əvvəlki ildə bələdiyyə əmlakının özəlləşdirilməsindən
daxilolma- 2.907 manat, ticarət obyektlərindən
torpaq icarə haqları 2.214 manat,
əkin sahələrinə görə icarə haqqı –1.921 manat,
bələdiyyə əmlakının icarəsindən
1.200 manat, avtomobil
dayanacaqlarından
–360 manat daxil olub.
Görüşdə qeyd
edilib ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə
uyğun olaraq Cülayn bələdiyyəsi İsmayıllı bələdiyyəsinə birləşdirilmişdir. İsmayıllı bələdiyyəsinin və ona birləşmiş
Cülyan bələdiyyəsinin əvvəlki dövrdən qalan əmək haqqı borcları çox olmuşdur. Maliyyə
daxilolmalarının əvvəlki dövrlərlə müqayisədə az olması səbəbindən, ilk olaraq
yaranan maliyyə vəsaiti aztəminatlı bələdiyyə qulluqçularının əmək haqlarının
ödənilməsinə yönləndirilmişdir. Maliyyə daxilolmalarının azalma səbəbləri
çoxdur. Bu gün artlq
bələdiyyə üzv və qulluqçularının iştirkaı ilə təşkil edilən
monitorinq qrupu bələdiyyə ərazisində aktiv iş apararaq ilk olaraq kommersiya
obyektlərinin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesi yekunlaşdırmışdır. Hazırda
Cülyan kəndi ərazisində həmin proses davam etdirilir.
Hazırda Gülyan kəndi ərazisində kommersiya obyektləri və
fiziki şəxslərin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesi aparılır.
Görüşdə
o da bildirilib ki, hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi
30.950 manat təşkil
etmişdir.
2025-ci ilin 6 ayı ərzində şəhər ərazisində mövcud 8.129 vergi ödəyicisindən 2.887 nəfərə bələdiyyəyə
olan borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bundan əlavə Azərbaycan
Respublikası vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla 2408 vergi ödəyicisinə
71.2 min manatdan yuxarı güzəşt olunmuşdur.Bələdiyyə üzvləri və bələdiyyə
qulluqçuları tərəfindən borcu çox olan vergi ödəyiciləri ilə fərdi görüşlər və
ya telefon danışıqları mütəmadi olaraq aparılır. Vergi ödəyicilərinə vergi
borcları barədə SMS xidmətinin göstərilməsinə hazırlıq işləri aparılır, qısa
müddətə bütün vergi ödəyicilərinə SMS göndərilməsi planlaşdırılır.
Görüşdə o da bildirilib ki, hesabat dövründə bələdiyyə üzvləri
ilə 12 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən
qaldırılmış məsələlər müzakirə edilərək 55 qərar qəbul edilmişdir. Bələdiyyənin
fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 6.0 və 6.8 maddələrinə uyğun
olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə göndərilmiş və vahid bələdiyyə
portalında yerləşdirilmişdir. Eyni zamanda bələdiyyənin elan və fəaliyyəti haqqında məlumatlar
“Facebook” səhifəsi vasitəsilə yayımlanmışdır.
2025-ci ilin 6 ayı ərzində bələdiyyəyə 358 nəfər müraciət etmişdir ki, onların 96 nəfəri
arayış və digər sənədlər almaq üçün, 59 nəfəri ərizə ilə müraciət etmişdir. Bələdiyyənin
sədr və müavinlərinin qəbulunda 203 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı
məsələlərə baxılmışdır.
2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət
Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi”
proqramının tətbiqinə başlanılmışdır. Bu dövrdə bələdiyyə ərazisində vətəndaşların
mülkiyyətində olan 7636 ev həyətyanı sahəsi ilə birlikdə, 2281 hektar əkin, 120 hektar bağ sahəsi, 493 kommersiya təyinatlı
vergitutma obyekti qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilmiş uçot məlumatları
dəqiqləşdirilmiş və bu iş davam etdirilir. Ümumilikdə isə 8129 vergitutma
subyekti sistemə daxil edilmişdir.
İsmayıllı bələdiyyəsinin
birləşdirilən Culyan bələdiyyəsinin borcları ilə birgə 01 iyul 2025-ci il tarixə 75.657 manat borcu var ki,
bu da əsasən DSMF borcu, tibbi sığorta, sərf
olunmuş yanacağa, qazdan istifadəyə, təmir-tikinti idarəsinə, həmkarlara üzvlük
haqqı borclarından ibarətdir. Bu gün bu borcların
bağlanılması üçün bələdiyyənin kollektivi ciddi şəkildə iş aparır.
Hazırda
bələdiyyəyə təsis edilmiş məhəllə komitələri bələdiyyəyə yaxından köməklik göstərməkdədirlər. Belə ki, vergilərin
ödənilməsi istiqamətində, ərazilərin təmiz saxlanılması, qanunsuz tikintilərin
vaxtında qarşısının alınması və s. məsələlərdə əhalinin maarifləndirilməsini təmin
edərək daima bələdiyyəni məlumatlandırırlar. Bundan başqa vətəndaş cəmiyyətinin inkişafında və bələdiyyə-vətəndaş birliyinin möhkəmlənməsində aktiv fəaliyyət göstərirlər.
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər çərçivəsində
qurulması məqsədilə islahatların davam etdirilməsi, bələdiyyələrin idarəetmədə
rolunun gücləndirilməsi, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarının genişləndirilməsi,
dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması məqsədilə bələdiyyə üzvləri və
qulluqçuları aktiv iş aparırlar.
“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli hər bir məsələ ilə
bağlı, xüsusəndə MMC-nın yaradılmasının üstünlüyündən danışaraq, prosesin tam şəkildə
icrasının bələdiyyənin fəaliyyəti üçün mühüm əhəmiyyəti olduğunu qeyd edib.
Görüşün digər iştirakçıları qaldırılan hər bir məsələ ilə bağlı öz təklif və tövsiyələrini bildiriblər.
Rəylər
1 Rəy
Asif Həşimov Firidun
05-08-2025, 3 ay əvvəl
Bələdiyyələrin mövcud vəziyyətinə tam uyğun və ətraflı təhlilə görə tədbirin təşkilatçılarına təşəkkür edirəm !
Cavabla