Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-08-2025 , 14:49

1153

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ziya Əhmədov: “Bu gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü vaxtında tutmaqdır”

“Bu gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü tutmaqdır. Bunun üçün kollektivin bütün üzvləri  var qüvvəsi ilə çalışır” - bu fikirləri Belediyye.infoya Ağsu rayonu Bico bələdiyyəsinin sədri Ziya Əhmədov deyib.

Sədrin sözlərinə görə, bələdiyyə ərazisinə daxil olan Bico kəndində məhgəllədaxili  yollarda ciddi təmir işlərini davam etdirib. Sakinlərin maliyyə dəstəyi və bələdiyyənin təşkilatçılğı ilə kəndin ərazisində  bir neçə küçəyə asfalt  vurulub.

Sədr bildirib ki, bələdiyyənin həyata keçirdiyi bu layihənin icrasını sakinlər razılıqla qarşılamışlar.

Ziya Əhmədov bildirib ki, hər bir layihənin icrasında vətəndaşların dəstəyinə ehtiyac olduğunu qeyd edib. Bu gün bələdiyyənin əhatə etdiyi  kənd ərazisində aparılacaq abadlıq işləri üçün maliyyə dəstəyinin  onların ödəyəcəyi vergiyə bağlı olduğunu diqqətə çatdırıb.

 Sədr daha sonra qeyd edib ki, vətəndaşların ödəməli olduqları torpaq, əmlak və digər vergilərin vaxtında ödənilməsi nəticə etibari ilə layihələrin icrasını sürətləndirir. Bununla yanaşı sədr bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsini tövsiyyə edib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər