Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-09-2025 , 00:40

929

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rövşən Əsgərov: “Qovlar bələdiyyəsi var qüvvə ilə çalışaraq qarşıya qoyulan məqsədə doğru inamla irəliləyir

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmlak vergisinin həcmini iki dəfəyədək artıra bilmişik. Əgər 2024 cü ildə 5.461  manat əmlak vergisi, 2.102 manat torpaq vergisi əldə edilmişdisə, cari ilin altı ayı ərzində 12.061 manat əmlak vergisi, 3.032 manat torpaq vergisi əldə edilib”- bu fikirləri Belediyye.infoya Tovuz rayonu, Qovlar bələdiyyəsinin sədri Rövşən Əsgərov bildirib.

Sədrin sözlərinə görə, icarə haqqlarının toplanılmasında geriləmə olsa da, yaxın aylarda artıq bu geriləməni aradan qaldıracağıq.

Kollektivin birgə səyi ilə çətinliklərə baxmayaraq ötən ilin altı ayı ərzində 17.863 manata qarşı cari ildə 19.325 manat əldə olunub.  

Sədr qeyd edib ki, hazırda başlıca  məqsədimiz Qovlar bələdiyyəsinin illər əvvəl yığılıb qalmış borclarını bağlamaqdır. Biz təhvil alanda bələdiyyənin DSMF borcunun həcmi 38.700 manat idi.

Elə bu səbəbdəndir ki, ilkin  fəaliyyətə məhz bələdiyyənin vergi-uçot sistemini qurmaqla başladıq.

Bələdiyyənin vergi-uçot sistemi qurulduqdan sonra qulluqçuların və vergi müfəttişlərinin birgə fəaliyyəti sayəsində DSMF borclarının demək olar ki, böyuk bir hissəsini bağlaya bildik. Bu gün borcun həcmi 3.700 təşkil edir ki onu da yaxın günlərdə bağlayacağıq.

Əlavə edim ki, büdcə gəlirlərinin artımında Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü və milli bələdiyyə assosiasiyalarının təşkilatçılığı, “Bələdiyyələrin onlayn xidmət“ mərkəzinin iştirakı ilə BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə üçün əsaslı rol oynayıb. Bununla yanaşı Şəmkir regional ədliyyə idarəsinin mütəmadi olaraq metodik tövsiyələrinə uyğun olaraq həm də icarə haqqlarını  bazar qiymətlərinə uyğunlaşdıraraq dəfələrlə artıra bildik.

Bələdiyyə olaraq ərazidə şəhid və qazi ailələrinə qayğı və diqqətin göstərilməsi göz önündədir. Fəaliyyətimizlə onların qaldırdığı bütün problemlər öz həllini tapır. 

Şəhərin  təmizliyinə töhfə olaraq  zibil qutuları alınaraq dislokasiyaya uyğun olaraq şəhərdə  sakinlərin istifadəsinə verilmişdir. Tovuz RİH -in təşkilatçılığı və şəhərin imkanlı şəxslərinin dəstəyi ilə şəhərin parkında, o cümlədən ərazidə fontanlar əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.

Sədr sonda qeyd edib ki,  Qovlar bələdiyyəsi var qüvvə ilə çalışaraq qarşıya qoyulan məqsədə doğru inamla irəliləyir.

Belediyye.info  



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər