Fidan Fərzəliyevanın kənd sakinləri ilə növbəti görüşü olub
Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva bu gün rayonun Çölquşçu kəndində olaraq 16 aprel 2025-ci il tarixində baş vermiş sel hadisəsinin nəticəsində evlərinə ziyan dəymiş sakinlərlə görüşüb.
Sel
sularının yaratdığı fəsadlar nəticəsində kəndin bir sıra sakinlərinə məxsus fərdi
yaşayış sahələrinə ciddi ziyan dəymişdir. Hadisənin ilk günündən etibarən zərərçəkmiş
ailələrə diqqət və dəstək göstərilməsi məqsədilə həm Şabran şəhər Bələdiyyəsi,
həm də Şabran Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülmüş, vəziyyət
daimi nəzarətdə saxlanılmışdır.
Sel
hadisəsi ilə bağlı yaradılmış komissiya tərəfindən kənd ərazisində baxış
keçirilmiş, ziyan dəyən evlər və obyektlər üzrə qiymətləndirmə aparılmışdır.
Komissiyanın rəyinə əsasən bərpa və tikinti işlərinin həyata keçirilməsi üçün
aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanmışdır.
Zərər
çəkmiş ailələrin yaşayış sahələrinin planlı və mərhələli şəkildə, təhlükəsizlik
tələblərinə uyğun olaraq yenidən inşa edilməsi nəzərdə tutulur. Bununla bağlı
hazırlıq işləri davam etdirilir.
Bələdiyyə
olaraq sakinlərin sosial rifahının qorunması, təbii hadisələr nəticəsində
yaranan çətinliklərin aradan qaldırılması və insanların normal yaşayış şəraitinə
qısa zamanda qayıtmasının təmin edilməsi əsas prioritetlərimizdəndir. Çölquşçu
kəndində zərər çəkmiş vətəndaşlara dəstək prosesləri növbəti mərhələlərdə də
davam etdiriləcəkdir.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy