Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-11-2025 , 00:34

815

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Natiq Bəkmirzəyev: “Hər bir sakin bələdiyyə ərazisində yerləşən qəbirstanlıqlarda təmizlik qaydalarına riayət etməli və bu işə öz töhfəsini verməlidir”

 “Quba rayonu Küpçal-Dağlı bələdiyyəsi tərəfindən 28 noyabr 2025-ci il tarixdə Qələdüz qəbirstanlığında iməclik keçirildiyini” deyən  Quba rayonu Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev Belediyye.infonun əməkdaşı ilə söhbətində  deyib ki,  iməclikdə bələdiyyə üzvləri və sakinlər iştirak edib.

Təmizlik aksiyası zamanı qəbirstanlıq ərazisi alaq otlarından və bərk məişət tullantılarından təmizlənib, ziyarət yolları səliqəyə salınıb.

Sədr ərazidə təmizliyin qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, bu cür tədbirlər bələdiyyə tərəfindən  mütəmadi olaraq davam etdiriləcəkdir.

Natiq Bəkmirzəyev sakinlərə bələdiyyə ərazisində yerləşən 7 qəbirstanlıqda təmizlik qaydalarına riayət edilməsini tövsiyə edib və ərazilərin daim təmiz saxlanılmasnda hər kəsin təhfə verməli olduğunu bildirib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər