Problemlərimizdən biri də.... BƏLƏDİYYƏ HESABAT VERİR
2025-ci ildə də Azərbaycanın hərtərəfli və dinamik inkişafı müstəqil çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir. Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Ölkə rəhbərinin,Azərbaycan Prezidentinin müsahibələrinin hər zaman böyük marağa səbəb olması hec də təsadüfü deyil. Məhs cənab prezidentin yerli televizaya kanallarına verdiyi sonuncu müsahibə və eyni şəkildə maraqla və rəğbətlə qarşılanıb.
Ümummilli lidеrimiz Hеydər Əliyеvin siyаsi kursunun
bаcаrıqlı vаrisi, оnu məhаrətlə inkişаf еtdirən möhtərəm Prеzidеntimiz Ilhаm
Əliyеvin rəhbərliyi аltındа ölkəmizdə yаradılаn ictimаi-siyаsi sаbitlik,
dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün
Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişаfınа göstərdiyi qаyğı
və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırır, bələdiyyələr
gündən-günə inkişаf еdir, möhkəmlənir, yеrli məsələlərin həllində dаhа inаmlа
iştirаk еdir, əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərirlər.Prеzidеntimizin
qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə
qurumu оlаrаq Muxax bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə
çаlışаrаq Zaqatala RİHB-nın Muxax və Zəyəm kəndləri üzrə nümayəndəlikləri ilə birlikdə müəyyən işlər görmüşür.
Muxax bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman
və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə
Baş idarəsinin və
Şəki Regional Ədliyyə idarəsinin Azərbaycan KBMA-nın təklif və tövsiyyələrinə,digər
hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir.Bələdiyyələr bu gün
ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verməkdədir. Bələdiyyələr
artıq formalaşır, maliyyə və digər imkanları isə ilbə-il genişlənir.
Biz də bələdiyyə olaraq
ilk növbədə ərazimizdə görülməsi
zəruri olan işləri, əhalini ən çox narahat edən məsələlər barədə düşünürük və həlli
istiqamətində işləri görməyə calışırıq. Ərazimizdə yaşayan sakinlərin problemləri öyrənilir və bələdiyyənin imkanları daxilində yaranan problemlər lazımi səviyyədə həll edilməsi təmin edilir.
Bələdiyyəmizin əsas vəzifəsi sakinlərin rifah halının
yaxşılaşdırılmasından sosial-iqtisadi problemlərinin qismən həll edilməsindən
ibarətdir. Əsas işlərimizdən biri də sakinlər arasında olub onların gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini
həll etmək məqsədi ilə onların yanında olmağımızı sübut etməkdir. Bələdiyyə
olaraq biz işimizi sakinlərə sədaqət və ehtiram prinsipi əsasında qurmağa
çalışırıq.
Bu gün biz "Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sizin qarşınızda 2025-ci il ərzində
gördüyümüz işlərə dair maliyyə hesabatını veririk.
2025- cı il ərzində Muxax bələdiyyəsinin 27 iclası
keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının,
daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi
Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər
çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər
hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul
edilmiş müvafiq aktlar qanuna uyğun olaraq, nəzarət qaydasında baxılması üçün
keçikdirilmədən vaxtında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki
Regional Ədliyyə idarəsinə göndərilmiş inzibati nəzarət qaydasında yoxlanılaraq
təsdiq edilmişdir.
Bələdiyyədə kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması
qaydası haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun
qurulmuşdur.2025-ci ildə Muxax Bələdiyyəsinə 96 ərizə daxil olmuşdur. Bunlardan
10 nəfəri həyətyanı torpaq sahəsi satılması ilə əlaqədar, (Məlumat üçün bildiririk ki,həyatyanı növbəsində bu günə 340 nəfər vətəndaşımız
var.) 45 nəfəri maddi yardım, 2 nəfəri sahibkarlıqla məşğul olmaq üçün, 9 nəfər
torpaq sənədlərin hazırlanmaması ilə əlaqədar
qalan 39-i isə müxtəlif səpkilərdə verilən ərizələrdir.Bələdiyyəyə edilən
müraciətlər qanunvericiliyə müvafiq olaraq vaxıtnda baxılması təmin edilmiş,Bələdiyyənin
imkanları xaricində olan müraciətlərlə əlaqədar
isə aidiyyati üzrə digər təşkilatlara müraciət edilmiş həll edilməsi istiqamətində
işlər görülmüşdür. Bundan başqa bələdiyəyə 93 ədəd müxtəlif təşkilatlardan məktublar
daxil olmuşdur.Daha vacib olan məktublara da vaxtında gecikdirilmədən cavablar
verilmişdir.Bələdiyyədən cıxan müxtəlif məzmunda sənədlərin sayı isə 401 ədəd
olmuşdur.
Bələdiyyə tərəfindən ərazidə
2025-cı ildə aşağıda qeyd etdiyim işlərin görülməsi təmin edilmişdir.
-Bələdiyyənin binasının yerləşdiyi ərazidə həmişə yaşıl ağacların əkilməsi təmin
edilmişdir.
-Ərazidə olan şəhid ailələrinə,veteranlara tək kimsəsizlərə
və xəstələrə maddi yardımlar edilir və bu kateqoriyadan olan vətəndaşlar həmişə
bələdiyyənin diqqətində saxlanılır.
-Ehtiyacı olan Şəhid ailələri və veteranlar qış odun
yanacağı ilə təmin edilmişdir.
-Şəhidlər abidəsi və şəhidlər bulağı ətrafında abadlıq işləri
aparılmış bu işlər diqqətə saxlanılır.
-Kənd uşaq bağcası
körpələr evinin müraciəti əsasında yeni il hədiyyələri alınaraq bağcaya təhvil
verilmişdir.
-Təbii fəlakətlə əlaqədar olaraq 2025-ci ildə ərazidə bir çox işlər görülmüş kənd
ara yollarına cınqıl daşınmış,qrederlə hamarlama işləri aparılmışdır.
-Zəyəmdə bərbad vəziyyətdə
olan bir necə yola cınqıl töküməklə təmir edilmişdir.
-Müraciətə əsasən İmamqulu yaşayış sahəsində olduqca bərbad vəziyyətdə bir yolda təmir işləri
aparılmışdır.
-kəndin Muxax çay kənarı yolunu birləşdirən hissədə olan vətəndaşlar
tərəfindən atılan zibil kənara daşınaraq zərərsizləşdirilmişdir.
-Ərazidə olan vətəndaşların
müraciəti əsasında kənd ara yollarına su kecidi arxlarında qoyulması üçün
borular alınmış su kecidi arxlarına qoyulmuşdur.
-Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmiş
bu sahə həmişə diqqət mərkəzində olmuşdur.
-İcməli su verilən su
xəttində və subarteziyanlarda təmir işlərinin aparılması təmin edilmişdir
-Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi
də diqqət mərkəzində olmuş bələdiyyə mülkiyyətində olan yeni salınmış
fındıq bağlarına vətəndaşlar tərəfindən
lazımi qulluq edilir.
-Dövlət əhəmiyyətli bayram tədbirlərində yüksək səviyyədə
iştirak etməklə tədbirlərin kecirilməsi
təmin edilmişdir.
-Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq
işləri görülmüş,mal-material alınmış təmir işləri aparılmış bu işlər bundan
sonra da mütamadi olaraq davam etiriləcəkdir.
-Muxax kəndinin mərkəzi
və ara
yollarında su arxlarının zibildən
təmizlənməsi işləri vaxtaşırı aparılır.
-Kəndin mərkəzində olan avtobus dayanacağın dam hissəsi təmir
edilmişdir digər işlərində görülməsi təmin ediləcəkdir.
01.01.2025-cı il
tarixə 1157.40 manat xərclənməmiş vəsaitimiz qalmışdır
Bələdiyyə büdcəsinə aşağıdakı mənbələrdən pul vəsaiti daxil olmuşdur;
- Torpaq
satışından –
33930.00 manat
- Torpaq
vergisi - 27772.43
manat
- Əmlak
vergisi –
12574.10 manat
- Uzunmüddətli icarə- 15747.32 manat
- Fındıq satışından -
5708.35 manat
- Maliyyə
sanksiyası
503.05 manat
-Ot
satışı -
11178.65 manat
- dotasiya –
7000.00 manat
- digər gəlirlər -
7429.00 manat
Gəlirlərin cəmi
121842.90 manat
Muxax bələdiyyəsinin
2025-ci ildəki xərcləri aşağıdakı kimi
olmuşdur.
- İşçilərə əmək
haqqi ödənilmişdir 40239.15
manat
- DSMF ödəmələr
14045.05 manat
- İcbari tibbi sığorta
2473.49 manat
- Həmkərlar
1100.00 manat
- İşsizlik sığortası
376.24 manat
- dəftərxana ləvəzimati kompyuter təmiri və
sair 1477.00 manat
- Silahlı qüvvələrə
yardım
600.00 manat
- Şəhid ailələri,,Qarab.veter.tək
kimsəsiz və xəstələrə 8640.00
manat
- Abunə uçun 626.00
manat
- Rabitə xidmətinə
533.64 manat
- Yol təmirində xidmət haqqı tutulmalara 8802.28 manat
- Yolların təmirinə mal-material
üçün
5164.00 manat
- Mədəni kütləvi tədbirlərə idmana 5535.40
manat
- DƏDRX-nə hərraca torpaq sənədləşməsi
üçün 11407.68 manat
- Bank xidmətinə
770.00 manat
- Elektirik enerjisi sərfiyyatına,yol işıqları 3489.35 manat
- Abadlıq işlərinə 2097.50 manat
- Auditor xidmətinə
905.00 manat
- Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən 3546.53 manat
- Qəbirstanlıqların saxlanması mal-material xərci
- 2803.20 manat
- Həyətyanı vəsaitinin geri
qaytarılmasına
3667.00 manat
- Kənd
Bələdiyyələrinin Milli Assosiasiyasina 360.00 manat
- Yanacaq alınıb
1318.95 manat
- YAP-na üzvülük haqqına
200.00 manat
- İdarə üçün qış odun yanacağı şulxa alınıb 950.00 manat
- Digər xərclər
890.28 manat
- Müxtəlif
həmişə yaşıl ağaclar alınıb 200.00 manat
- Uşaq baxcasına
yeni il hədiyyələri alınıb 300.00 manat
Xərcləri yekunu:
122577.74manat
1 yanvar 2026- ci il tarixə Muxax bələdiyyəsinin hesabinda
422.56 manat xərclənməmiş vəsait
qalmışdır.
Məlumat üçün bir məsələni də nəzərinizə catdırmaq istəyirəm 2025-cü ildə gəlirlərimiz əvvəlki illərə nisbətən
yaxşı olmuşdur.Bunun də əsas səbəblərindən biri kimi BAMS-nin yaradılması və bələdiyyə qulluqcularının işlərinə
məsuliyyətli yanaşmaları səbəb olmuşdur.
Hesabatdan göründüyü kimi il ərzində Muxax bələdiyyəsi ərazidə
diqqətə layiq işlər görmüşdür.
Lakin görülməsi vacib olan işlərimiz də
çoxdur .
Ən mühüm məsələ isə Yerli (Bələdiyyə) Vergi ödənişlərin
Avtomatlaşdırılmış Məlumat sisteminin
yaradılmasıdır ki,vergilərin həmin bazaya işlənməsindən sonra vegilərin toplanmasında
əsaslı dönüş yardılmışdır. Hər bir vergi ödəyiçilərimizdən xahiş edirik ki,
imkanları daxilində heç olmasa ildə bir dəfə Muxax bələdiyyəsinə gələrək vergilərin
hesablanması ödənilməsi barədə öz şəxsi hesabları ilə tanış olsunlar və vergi
borclarını vaxtında bələdiyyə büdcəsinə ödəsinlər ki,onlara əlavə faiz
hesablanmasın. Məlumat üçün bildiririk ki, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə
vergi məcəlləsinin 59.1 maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir
ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1 % məbləğində faiz tutulacaq və
maliyyə sanksiyası tədbiq ediləcəkdir.
Məlumat üçün bildiririk ki, hal-hazırda BAMS-nın proqramının əhatəsi
genişlənmiş bir sıra təşkilatlarla əhatəli işlər görülmüşdür. Hal-hazırda həmin
proqram vasitəsi ilə vergi borcu olan vətəndaşlarımıza borcu barədə SMS göndərilir.
Nəzərinizə bir məsələni də catdırmaq istəyirik ki,adətən vətəndaşlar
şəxsi mülkiyyətində olan torpaq sahələrini
başqasina satdıqda və ya bagışladıqda yeni torpaq sahibləri bələdiyyədə qeydiyyata düşmürlər, halbuki, vergilər
məcəlləsinə görə mulkiyyət sahibi
olan fiziki şəxslər bir ay müddətində bələdiyyənin yerli idarəetmə orqanina özləri müraciət edərək uçota durmalı
və alqı satqı apardığı vətəndaşın əvvəlki illərdən bələdiyyə büdcəsinə vergi
borclrı olub olmaması ilə maraqanmalıdırlar.Nəzərə alın ki,bu olduqca vacib
olan bir məsələdir.
Dövrün tələblərinə uyğun olaraq respublikada bəlkə də ilk
olaraq bələdiyyənin elektron feysbuk səhifəsi və elektron poçtumuz yaradılmış və
həmişə işlək vəziyyətdədir.Hər bir vətəndaş elektron qayda da istədiyi məlumatı bələdiyyədən ala və ya məktub şəklində müraciət edə
suallarını bələdiyyəyə ünvanlaya və
cavab ala bilərlər. Bundan başqa e-bələdiyyə.az portalı vasitəsi ilə də hər bir vergi ödəyicisi öz şəxsi
kabinetini yaratmaqla bələdiyyəyə bildiriş göndərə, müraciət edə vergiləri
tanış ola biləcəklər.
Problemlərimizdən biri də vətəndaşların vergi ödənişlərinə
biganə olan münasibətidir ki, biz hələ də vergi ödənişlərindən yüksək artıma
nail ola bilməmişik. 2025- ci ildə də nə
qədər calışsaq da torpaq əmlak
vergisinin toplanmasına icarə
haqlarının yığılmasında yenə də cətinliklərimiz qalmaqdadır.Elə fürsətdən
istifadə edərək bütün Muxax bələdiyyəsi
ərazisində yaşayan sakinlərimizə müraciət edirəm ki, torpaq və əmlak vergilərini, torpaq icarə haqlarını vaxtında ödəsinlər.Torpaq
halallıq sevir, torpaq vergisinin ödənilməsi vətəndaşın torpağa vətənə olan münasibətidir.
Biz
bir ildəki fəaliyyətimiz haqda sizə hesabat verdik. Necə fəaliyyət göstərmişik ,bunun qiymətinın
verilməsi isə sizlərdən aslıdır.
Elvin Yusubov
Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri
Rəylər
0 Rəy