Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-01-2026 , 21:00

788

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İcra başçısı qəbul keçirdi, vətəndaş təklif etdi, bələdiyyələr də təşəbbüsə qoşuldu

Qax rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınaraq aidiyyəti qurumlara yönləndirilmiş, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.

Bu çərçivədə Qax şəhər, İlisu, Güllük, Zəyəm-Tasmalı və Qıpçaq bələdiyyələri tərəfindən öz səlahiyyətləri daxilində yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində bir sıra işlər həyata keçirilmişdir.

Bu barədə məlumatı Qax rayon İcra Hakimiyyəti  öz sosial media platformasında paylaşıb.

Paylaşımda qeyd edilir ki,  bələdiyyələrin ərazilərini əhatə edən yaşayış məntəqələrində kənd yollarının təmiri, kəndarası yolların çınqıllanaraq hamarlanması, küçələrin işıqlandırılması, məişət tullantılarının təmizlənməsi, arxların lildən təmizlənməsi işləri görülmüşdür.

Eyni zamanda kəndlərin sərhədlərində ərazilərin kolluqdan təmizlənməsi və ağac tinglərinin əkilməsi işləri aparılmışdır.

Şəhər ərazisində küçə və parklarda təmir-tikinti və abadlıq işləri həyata keçirilmişdir.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər