Ağsu rayonunda hesabat yığıncağı keçirilib
Yanvarın 15-də rayon Mədəniyyət evində 2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Tədbirdə
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Prezident
Administrasiyasının sektor müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı
Elçin Mirzəbəyli, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri
Füzuli Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, rayon bələdiyyələrinin
sədrləri, idarə, müəssisə, təşkilatların
rəhbərləri, şəhid ailələri, ziyalılar, ağsaqqallar, KİV və rayon ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.
Tədbir
iştirakçıları ilk öncə Heydər Parkında Ulu Öndərin abidə kompleksini ziyarət
edib, önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Sonra
iştirakçılar rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olublar.
Daha
sonra tədbir rayon Mədəniyyət evinin konfrans zalında davam edib. Dövlət
himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan
Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə
hesabat məruzəsi ilə çıxış edən Ağsu RİH-nin başçısı Rövşən Bağırov 2025-ci ildə
rayonda bütün sahələrinin sosial-iqtisadi inkişafını təhlil edərək bildirib ki,
rayon üzrə buğda istehsalı 27 min 510 ton, arpa istehsalı 64 min 359 ton
olmaqla hər hektardan məhsuldarlıq 33,1 sentner olmuşdur ki, bu da 2024-cü illə
müqayisədə hər hektara 1,6 sentner çoxdur. Hesabat ilində rayonun iri fermer təsərrüfatları
tərəfindən kənd təsərrüfatında tətbiq olunan mütərəqqi metod və texnologiyalara
xüsusi önəm verilmişdir. Bunun nəticəsidir ki, damcı suvarma sistemi 1115
hektara, pivot suvarma sistemi isə 3246 hektara çatdırılmışdır.
RİH
başçısı qeyd edib ki, ənənəvi sahə hesab edilən, ərzaq məhsullarına olan tələbatın
dolğun ödənilməsində vacib rolu olan və əhalinin gəlir mənbəyi olan meyvəçilik
də inkişaf etdirilmiş, ötən il ümumilikdə 1866 hektar meyvə bağlarında məhsul
yığımı aparılmışdır. Meyvə və giləmeyvə istehsalı 13 min 689 ton olmaqla hər
hektardan məhsuldarlıq 53 sentner olmuşdur ki, bu da ötən ildən 91 ton və ya
hektara 6,5 sentner çoxdur.
Hesabat
məruzəsində həmçinin, 2025-ci ildə əhalinin elektrik enerjisi, təbii qaz, içməli
su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və
şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.
Hesabat
yığıncağında çıxış edən Prezident Administrasiyasının sektor müdiri Ağa-Əli Əhmədov
və Milli Məclisin deputatı Elçin Mirzəbəyli 2025-ci ildə respublikamızda
sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, rayonda görüləcək işlərlə
bağlı tövsiyələrini bildiriblər.
Digər çıxış edən natiqlər 2025-ci ildə rayonun
sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərdən və 2026-cı ildə qarışya
qoyulan vəzifələrdən danışıblar. Hesabat ilində rayon icra hakimiyyəti tərəfindən
həyata keçirilən işləri qənaətbəxş hesab ediblər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Rəylər
0 Rəy