Şabran bələdiyyəsi tərəfindən rayon ərazisində infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Bu məqsədlə bu gün rayonun M. P. Vaqif küçəsində yolun bərpası və hərəkət şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.
Aparılan işlər çərçivəsində yolun mövcud vəziyyəti nəzərə
alınaraq örtüyün bərpası məqsədilə yola çınqıl daş tökülmüş, səth hamarlanaraq
nəqliyyat vasitələrinin və piyadaların rahat və təhlükəsiz hərəkəti üçün şərait
yaradılmışdır.
Qeyd edək ki, bu işlər ərazidə yaşayan sakinlərin müraciətləri
və mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınmaqla həyata
keçirilmişdir. Şabran bələdiyyəsi tərəfindən rayon ərazisində yolların mərhələli
şəkildə təmiri və abadlaşdırılması istiqamətində tədbirlərin bundan sonra da
davam etdirilməsi nəzərdə tutulur.
Şabran bələdiyyəsi sakinlərin sosial rifahının yaxşılaşdırılması və yaşayış mühitinin daha əlverişli hala gətirilməsi məqsədilə üzərinə düşən vəzifələri imkanlar daxilində ardıcıl şəkildə icra etməkdədir.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy