Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-11-2025 , 17:34

749

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Adil Xudadatov: “Məqsədimiz əldə olunan büdcə gəlirlərini sakinlarimizin qaldırdığı problemlərin həllinə vaxtında yönəltməkdir”

“Sumqayıt bələdiyyəsi şəhərin müasir  görkəminin yaradılmasına öz töhfəsini verməkdədir. Ancaq bunun üçün ilk olaraq büdcə gəlirlərini artırmaq barədə düşünmək lazımdır”- bu fikirləri Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov  Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasındakı çıxışında qeyd edib.

Sədr bildirib ki, ötən il Sumqayıt bələdiyyəsinin büdcə gəliri ölkə bələdiyyələri arasında ilk dəfə olaraq  üç milyon manatı  keçib. Cari ilin on ayı ərzində isə artıq 2..5 milyon manat büdcə gəliri əldə edib.

Sumqayıt bələdiyyəsinin əsas vəzifələrindən biri də bu gün  gənclərin asudə vaxtının səmərəli təşkili  və saglam həyat şəraitinin yaradılmasına çalışmaqdır.

Bunun üçün şəhər ərazisində fəaliyyət göstərən məktəblərin idman komplekslərinin yenidən  qurularaq şagirdlərin istifadısinə vermək niyyətindəyik.

Artıq müvafiq qurumlarla əməkdaşlıq sayəsində bu layihənin icrası ilə bağlı razılıq əldə olunmuşdur.

Məqsədimiz əldə olunan büdcə gəlirlərini  bundan sonra səmərəli xərcləməklə sakinlarıimizin qaldırdığı problemlərin həllinə yönəltməkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər