Adil Xudadatov: “Yaxın günlərdə 1923 nömrəli Çağrı mərkəzimiz fəaliyyətə başlayacaq”
“Bələdiyyələrin inkişafı və əhali arasında nüfuzunun artması ilk növbədə şəffaf, əlçatan və vətəndaş yönümlü idarəetmədən keçir”- fikirləri Belediyye.infoya Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.
Sədrin
fikrincə, “bu prosesə real təsir göstərə biləcək ilk addım bələdiyyə–vətəndaş
kommunikasiyasının gücləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsidir.
Sumqayıt bələdiyyəsi olaraq biz artıq 4 nömrəli çağrı mərkəzi xidmətini
reallaşdırmışıq və qısa zaman kəsiyində nömrəmiz aktiv olacaq və Sumqayıt bələdiyyəsinin
1923 nömrəli Çağrı mərkəzimiz olacaq.”
Sədr qeyd edib ki, ancaq
bu istiqamətdə həyata keçirmək niyyətində olduğumuz təkliflərimiz də var.
Belə
ki, “Bələdiyyə
Açıq Platforması” – vətəndaşların şikayət, təklif, məlumat sorğularını operativ
göndərə biləcəyi, həmçinin görülən işləri real vaxt rejimində izləyə biləcəyi
vahid rəqəmsal sistemin yaradılmasını hesab etmək olar. Bu həm şəffaflığı
artırar, həm də insanlarda bələdiyyəyə etimad hissini gücləndirər.
Nəzərdə
tutduğumuz digər layihə isə kütləvi maarifləndirici görüşlər və səyyar qəbul
günlərinin davamlı şəkildə həyata keçirilməsidir. Bu addımın atılması nəticə
etibari ilə hər məhəllədə vətəndaşlarla açıq dialoq formatında müzakirələrin
keçirilməsi, insanların bələdiyyənin fəaliyyətini yaxından ünsiyyətinə və öz problemlərini birbaşa çatdırmasına imkan
yaradacaqdır.
Torpaq,
mülkiyyət və kommunal məsələlər üzrə prosedurların sadələşdirilməsi və vətəndaşın
sənəd işlərində əlavə vaxt itkisini aradan qaldıracaq mexanizmlərin qurulması, konkret
olaraq icra mexanizminin gücləndirilməsi problemin həlli baxımından töhfə verəcək
addımlardan hesab etmək olar. Bu prosesin icrası sürətləndirilərsə əhalinin bələdiyyəyə
münasibətini xeyli yaxşılaşdıracaq, nəticədə şəffaflıq, rəqəmsallaşma və vətəndaşla birbaşa
ünsiyyət təşkilini sürətləndirəcək və bələdiyyənin nüfuzunu artıracaq, həm də
problemlərin real həllinə ciddi dəstək vermiş olacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy