Tünzalə Qardaşova: “Bu nəticələr Masallı rayonunda bələdiyyə sistemində işlərin düzgün qurulduğunu və davamlı inkişafın təmin edildiyini göstərir”
“Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə daxil olan rəsmi məlumata əsasən, ölkə üzrə qəsəbə bələdiyyələri arasında2025-ci ilin 1-ci rübü ilə Masallı rayonu Boradigah bələdiyyəsi 2-ci yerdə qərarlaşmışdır. Belə ki, ötən illərlə müqayisədə vergi daxilolmaları 59 dəfə artmışdır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib.
Sədr
qeyd edib ki, digər sevindirici məqam isə 1-ci yerdə Masallı rayonunun Ərkivan
qəsəbə bələdiyyəsinin qərarlaşmasıdır. Bu nəticələr Masallı rayonunda bələdiyyə
sistemində işlərin düzgün qurulduğunu və davamlı inkişafın təmin edildiyini
göstərir.
2025-ci
il bələdiyyə seçkilərindən sonra komanda olaraq həyata keçirdiyimiz fəaliyyətlərə
görə Boradigah bələdiyyəsinin hər bir üzvünə, daim dəstəyini hiss etdiyimiz və əməkdaşlıq
etdiyimiz qurumlara, ən əsası isə bələdiyyəmizə etimad göstərən və bizə inanan
sakinlərimizə dərin minnətdarlığımızı bildiririk.
Bu
uğur bir komanda işinin nəticəsidir.
Eyni
zamanda həmkarlarımızı — Masallı rayonu Ərkivan qəsəbə bələdiyyəsini təbrik
edir, onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.
Belediyye.info
Rəylər
0 Rəy