Sabunçu qəsəbəsində “Sağlam həyat naminə erkən nikaha yox deyək!” layihəsi çərçivəsində tədbir keçirilib
Sabunçu RİH təşəbbüsü və Sabunçu bələdiyyəsinin iştirakı ilə qəsəbənin 67 saylı tam orta məktəbində “Sağlam həyat naminə erkən nikaha yox deyək!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Belediyye.info
xəbər verir ki, layihənin əsas məqsədi erkən nikahın yaratdığı fəsadlar
haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və
respublikamızda erkən nikah hallarının qarşısının alınmasıdır.
Tədbirdə
Sabunçu RİH, Sabunşu Rayon Polis İdarəsinin, 67 saylı tam orta məktəbin və Sabunçu bələdiyyəsinin rəsmiləri çıxış edərək erkən
nikah hallarının fəsadlarından danışıb, bunun qarşısının alınması üçün dövlət
qurumları tərəfindən aidiyyəti üzrə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar.
Görüşdə
ölkədə nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər və
qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulmuş müddəalar haqqında danışılıb.
Respublikamızda erkən nikah hallarının qarşısının alınması məqsədilə aparılan uğurlu siyasətdən, komitənin bununla bağlı paytaxtda və regionlarda mütəmadi olaraq həyata keçirdiyi tədbirlərdən bəhs natiqlər aidiyyəti dövlət qurumlarının, o cümlədən erkən nikah hallarına qarşı birgə fəaliyyətinin zəruriliyini qeyd edilib.
Belediyye.info
Rəylər
0 Rəy