Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-12-2025 , 20:34

1050

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sabunçu qəsəbəsində “Sağlam həyat naminə erkən nikaha yox deyək!” layihəsi çərçivəsində tədbir keçirilib

Sabunçu RİH təşəbbüsü və Sabunçu bələdiyyəsinin iştirakı ilə  qəsəbənin 67 saylı tam orta məktəbində  “Sağlam həyat naminə erkən nikaha yox deyək!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Belediyye.info xəbər verir ki, layihənin əsas məqsədi erkən nikahın yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və respublikamızda erkən nikah hallarının qarşısının alınmasıdır.

Tədbirdə Sabunçu RİH, Sabunşu Rayon Polis İdarəsinin, 67 saylı tam orta məktəbin və  Sabunçu bələdiyyəsinin rəsmiləri çıxış edərək erkən nikah hallarının fəsadlarından danışıb, bunun qarşısının alınması üçün dövlət qurumları tərəfindən aidiyyəti üzrə tədbirlərin keçirilməsinin zəruriliyini  vurğulayıblar.

Görüşdə ölkədə nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər və qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulmuş müddəalar haqqında danışılıb.

Respublikamızda erkən nikah hallarının qarşısının alınması məqsədilə aparılan uğurlu siyasətdən, komitənin bununla bağlı paytaxtda və regionlarda mütəmadi olaraq həyata keçirdiyi tədbirlərdən bəhs natiqlər aidiyyəti dövlət qurumlarının, o cümlədən  erkən nikah hallarına qarşı birgə fəaliyyətinin zəruriliyini qeyd edilib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər