Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-12-2025 , 15:02

1311

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Kamandar Zeynalov: “Biz bu layihələri icra etməklə həm də seçicilərə verdiyimiz sözü tutmuş oluruq”

“Vətəndaş məmnunluğunun təmin edilməsi üçün kollektivin  hər bir üzvü  müraciətə diqqətlə yanaşmalı və problemin aradan qaldırılmasına səy göstərməlidir”- bu fikriləri Belediyye.infoya Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov deyib.

Sədrin sözlərinə görə, bələdiyyə hər bir vətəndaş müraciətinə həssaslıqla yanaşır və bunun üçün isə ilk növbədə büdcə gəlirlərini artırmağa çalışır. Hər bir atılan addım, hər bir problemin həli sonda maliyyə tələb edir.

Cari ildə güclü yağışlar nəticəsində bir küçədə subasma olmuşdu. Vətəndaş müraciətinə əsasən əraziyə baxış keçirilmiş və müraciət bələdiyyə iclasına çıxarılaraq problemin aradan qaldırılması üçün  müvafiq addımların atılması qərara alınmışdır.

Artiq bu gün Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov (keçmiş XX Qurultay küçəsi) küçəsində yaranmış vəziyyət aradan qaldırılmış ərazidən su çəkilmiş, çınqıl tökülərək bərkitmə işləri aparıldıqdan sonra əraziyə asfalt qatı vurulmuşdur.

Sədr daha sonra qeyd edib ki, müvafiq orqanların müraciətinə əsasən ərazidə avtobus dayanacaqlarının təşkilinə də bələdiyyə öz dəstəyini göstərmiş və dörd ünvan üzrə  görülən işlərə dəstək göstərmişdir.

Bilgəh bələdiyyəsi olaraq əsas vəzifəmiz bu gün  xalqa xidmətdən keçir.  Biz bu addımlarla, bu layihələri icra etməklə həm də seçicilərə verdiyimiz sözü tutmuş oluruq.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər