Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2026 , 10:44

190

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

ƏMDX-nin hər bir imtina cavabı bir ailənin probleminin artması deməkdir: CİDDİ

Belediyye.infonun əldə etdiyi rəqəmlərdən belə məlum olur ki, 2025-ci il ərzində İsmayıllı və Qəbələ rayonlarında formalaşan bələdiyyələrin büdcə gəlirlərində ciddi azalma qeydə alınıb. Əsas azalma isə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı olub. Rəqəmlərə diqqət yetirək.

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə İsmayıllı rayonunda formalaşan 11 bələdiyyəyə mülkiyyətin özgəninkiləşdirilməsindən  16.600 manatlıq vəsait daxil olub. Bu ötən illə müqayisədə 88.5 faiz az deməkdir.

Ümumi büdcə gəlirlərinin cəmi 3.5 faizi  bu istiqamətdən daxil olub. 2024 -cü ildə bu rəqəm ümumi büdcə gəlirinin 24 faizini təşkil etmişdi. İsmayıllı rayon bələdiyyələrinin ümumi büdcə gəlirində də 2024-ci illə müqayisədə 20.3 faiz azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən digər bir məlumatında ötən ol ərzində  Qəbələ rayonunda formalaşan  12 bələdiyyənin büdcə gəlirində 31.9 faiz azalma qeydə alındığı bildirilir.

Qəbələ bələdiyyələrinə mülkiyyətin özgəninkiləşdirilməsindən  2024-cü illə müqayisədə 72.4 faiz az gəlir daxil olub. Büdcə gəlirlərinin cəmi  23.9 faizi məhz bu istiqamətdən daxil olub. Qəbələ bələdiyyələrinin bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmi isə 7.2 faiz azalıb. 

*****

Sual olunur bu azalmanı yaradan əsas səbəb nədir? Nəzərə alaq ki, bu rayon bələdiyyələrindən vergi-uçot sistemi lazımı səviyyədə qurulub, BAMS proqramının yaratdığı bütün imkanlardan bələdiyyələr bacardıqları qədər yararlanırlar. Bəs problem nədədir? Problem rəqəmlərdərn də göründüyü kimi, mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlıdır. Sənədləşdirmə prosesində həm RİH-dən, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarından rəy alınır, Bu qanunun tələbidir. RİH-lərdə bu istiqamətdə bəzən müəyyən anlaşılmazlıq olsa da problem olmur. Onu da nəzərə alaq ki, icra başçıları bələdiyyə büdcəsinə  əlavə vəsaitin daxil olmasına maraqlıdır.  Çünki əldə olunun vəsait sonda vətəndaşın hansısa probleminin həllinə bu  və ya digər şəkildə yönəldiləcək. Ancaq  Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumları bələdiyyələrin rəylə bağlı müraciətlərinə qeyri-ciddi yanaşması nəticədə bələdiyyənin büdcə gəlirlərinin azalmasına səbəb olub. Bu gün bələdiyyə tərəfindən rəylərin verilməsi ilə bağlı müraciətlərin 90 faizinə imtina verilməsinə, maraqlıdır bu qurumda necə baxırlar. Standart və şablon cavabların verilməsindən özləri niyə narahat olmurlar, bezmirlər. Tövsiyə edərdim ki, imtina cavablarının məzmunu heç olmasa arada dəyişdirilsin.

*****
ƏMDX -də çalışanılara məlumat üçün bildirmək istərdim ki, onların hər bir imtina cavabı bir ailənin probleminin artması deməkdir. Yəni prosesi bələdiyyə icra etsə də, məmnun qalan tərəf  vətəndaşdır, vətəndaşın ailəsidir. Ancaq ƏMDX müvafiq qurumları vətəndaşı məmnun olmağa imkan vermir, ən əsası vətəndaşı bələdiyyəyə qarşı qoyur, hətta vətəndaşı bələdiyyənin üzərinə qaldıraraq onu Ədliyyə nazirliyinə müraciət etməyi sanki məcbur edirlər.

Xatırladım ki, ölkə başçısı cənab İlham Əliyev hər bir məmurun xalqın xidmətçisi olduğunu dəfələrlə qeyd edib, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsini hər bir qurum qarşısında bir vəzifə kimi qoyub.

Maraqlıdır, ƏMDX-də vətəndaş məmnunluğu beləmi təmin edilir.Hər halda düşünməyə dəyər…

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz