Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-01-2026 , 18:53

1033

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Cari ildə bələdiyyə olaraq daha böyük uğurlara imza atmaq üçün çalışacağıq”


“Bu gün 2026-cı ilin  ilk iş günüdür. Sonuncu seçkidən ötən  bir ilə artıq yekun vurmaq üçün hesabatın üzərində çalışırıq. Ötən il büdcə gəlirlərində irəliləyişimiz olsa da, bunun  qənaətbəxş hesab etmirik”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.

Sədrin sözlərinə görə, cari ildə bələdiyyə olaraq daha böyük uğurlara imza atmaq üçün çalışacağıq.

Nəzərə alsaq ki, artıq növbəti ildən bildirişlər yalnız onlayn qaydada paylaşılacaq, demək bələdiyyənin vergi xidməti artıq buna hazır olmalı, yeniliyə, müasir tələblərə cavab verən mövcud  sistemi təkmilləşdirməklə büdcə gəlirlərini artırmağa çalışmalıdır.

Odur ki, Buzovna bələdiyyəsi olaraq kollektivin hər bir üzvü bu fəaliyyətə öz töhfəsini verməyə hazırdır. Bizim əsas məqsədimiz dəyişməzdir:  vətəndaş məmnunluğunu təmin etmək üçün var gücümüzlə çalışmalıyıq.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər